Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2016
09:22
Natiq Cəfərlini ABŞ səfiri həbsdən qurtarıb
"İlk gündən çox ciddi şəkildə bu həbs məsələsi ilə məşğul olublar"

Sentyabrın 28-də REAL Hərəkatının icra katibi Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfirliyində olub. O, səfir Robert Sekuta, səfirin siyasi işlər üzrə müşaviri xanım Susan Çesley ilə görüşüb. 

REAL-dan verilən xəbərə görə, görüşdə ictimai-siyasi vəziyyət, hərəkatın həbsdə olan lideri İlqar Məmmədovun məsələsi, konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri və bunun ölkənin gələcək inkişafına təsiri müzakirə edilib. Məlumatlar var ki, REAL-a xüsusi diqqəti nəzərdən qaçmayan ABŞ səfiri Natiq Cəfərlinin gözlənilmədən həbsdən azad edilməsində ciddi səy göstərib. 

Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bunu inkar etməyib. O, həbsdə olduğu müddətdə ABŞ səfirliyinin bu məsələdə həssas davrandığını vurğulayıb.

Qəzetimizə açıqlamasında görüşün detallarından  danışan Natiq Cəfərli bildirib ki, əsasən  ölkədə referendumdan sonrakı vəziyyət müzakirə edilib: 

“Görüşün  əsas məqsədi həm referendum öncəsi vəziyyətin dəyərləndirilməsi , həm də referendumdan sonra hansı proseslərin ola bilməsi ilə bağlı fikir mübadiləsi idi. Ölkədə referendumdan sonra yaşanacaq proseslərin analizini aparmağa çalışdıq. Referendumla bağlı ölkədə vəziyyətin bundan sonra getdikcə ağırlaşacağını müzakirə etdik, səsverməyə çıxarılan maddələr haqqında öncədən səsləndirdiyim fikirləri orada da dedim. Düşünürəm ki, əsas məsələ hakimiyyəti daha da möhkəmləndirməkdir. Bununla bağlı fikirlərimi səfirə də bildirdim”

N.Cəfərlinin sözlərinə görə, görüşdə ABŞ səfiri ilə REAL Hərəkatının hazırkı durumu və İlqar Məmmədovun həbsdə saxlanılması ilə bağlı müzakirələr də aparılıb: “Mən danışıq əsnasında  İlqar Məmmədovun işi ilə bağlı məsələni də qaldırdım və Robert Sekuta ümid etdiyini bildirdi ki, bu məsələ də tezliklə həll olunacaq. Bildirdi ki, Qərb institutları Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının yerinə yetirilməsini gözləyir. Səfir yaxın gələcəkdə İlqar Məmmədovla bağlı müsbət qərarların olmasına ümid etdiyini bildirdi”.

Həbsdən azadlığa buraxılmasında ABŞ səfirliyinin rolunu yüksək dəyərləndirən Natiq Cəfərli bunun hökumətə təsir etdiyini də istisna etmədi: “Mən ABŞ Dövlət Departamentinin bizimlə bağlı mövqeyinə görə səfirə təşəkkürümü bildirdim. Səfirin  də cavabı ondan ibarət oldu ki, ilk gündən  çox ciddi şəkildə bu həbs  məsələsi ilə məşğul olublar və mənim tezliklə azad olunmağım üçün əllərindən gələni ediblər. Səfir bu prosesin detalları haqqında mənə heç bir məlumat vermədi. Sadəcə, ABŞ səfirliyinin narahatçılığının çox sərt şəkildə büruzə verildiyini dedi. Səfirin dediklərində həqiqət var ki, mənim həbsimin ilk günündən sonuna qədər hökumət dairələri ilə çox ciddi müzakirələr aparıblar”. 

N.Cəfərli ümid edir ki, hökumət İlqar Məmmədovla bağlı da ABŞ Dövlət Departamentinin mövqeyini nəzərə alacaq və REAL sədri azadlığa buraxılacaq: “İlqar Məmmədovla bağlı ABŞ, Avropa Birliyi, Avropanın müxtəlif ölkələrinin dəfələrlə bəyanatı olub. Bu yaxınlarda bununla bağlı  ABŞ Dövlət Departamentinin 6-cı qərarı çıxdı. Ümid edirik ki, bu qərarların yaxın gələcəkdə bir bəhrəsi olacaq və İlqar Məmmədovun 3 il 8 aydır ki, qeyr-qanuni həbsdə saxlanılmasına  son veriləcək. ABŞ  səfiri də mənimlə görüşündə bununla bağlı ümidli olduğunu bildirdi”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
161

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
301

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
227
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 16:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru