Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2016
15:31
Doktorantlara 20 il müddətinə təhsil krediti veriləcək – Şöbə rəisi

“Azərbaycanda doktorantura təhsili alanlara təhsil kreditlərinin 20 il müddətinə, 20.000-30.000 manat civarında verilməsi, kredit borclarının isə təhsilalanın əmək fəaliyyətinə başlamasından sonra ödənilməsinə şərait yaradılması nəzərdə tutulub”. 

  

Bunu AMEA Elm və Təhsil idarəsinin doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov "Kaspi”yə müsahibəsində deyib.

 

Ö.Gülalov bildirib ki, güzəştli təhsil kreditlərinin verilməsini də cəmiyyətin elmə marağının gücləndirilməsi üçün atılmış əhəmiyyətli addım kimi qiymətləndirmək olar: “ Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcək”.

 

Kreditlərin verilməsinin dövlət büdcəsinin vəsaiti və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulduğunu qeyd edən Ö.Gülalov deyib ki,  dövlət büdcəsi hesabına maliyyələşdirmə baza maliyyələşdirilməsi, proqram məqsədli maliyyələşdirmə və qrant maliyyələşdirilməsi formalarında həyata keçiriləcək. Bundan başqa, elmi müəssisə və təşkilatların öz vəsaitləri, o cümlədən beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar  əsasında əldə etdikləri vəsaitləri, eləcə də elmi məhsul və xidmətlərinin satışından daxil olan gəlirləri təhsil kreditləri üçün maliyyə mənbəyi ola bilər. 

 

Şöbə rəisinin sözlərinə görə,  təhsil kreditlərinin verilməsi ilk növbədə cəmiyyətin bütün təbəqələri üçün bərabərhüquqlu təhsil imkanlarının yaradılmasına xidmət edəcək: “ Təhsil haqları və təhsillə bağlı digər xərclərin güzəştli kreditlər əsasında ödənilməsi elmi fəaliyyəti əngəlləyən və ya məhdudlaşdıran ən böyük maneələrdən birinin - maliyyə probleminin dəf edilməsi deməkdir. Bu isə öz növbəsində insanların elmi fəaliyyətə cəlb olunmasına müsbət təsir göstərəcək və cəmiyyətin elmə olan marağının artmasına səbəb olacaq”.

 

Güzəştli təhsil kreditlərinin gələcəkdə magistrantlar üçün də tətbiq edilməsi Akademiya rəhbərliyinin perspektiv planına daxil olan əsas məsələlərdən biridir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54231

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52339

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53769

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53514

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58883

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53189

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53563
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 05:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru