Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2016
11:39
Avtobus dayanacaqlarına kənar avtomobillər buraxılmayacaq - VİDEO

Avtobus dayanacaqlarında taksi və digər avtomobillərin saxlanılmasına mane olmaq üçün daha bir addım atılıb. Marşrut avtobusları üçün dayanacaqlarda yaradılmış cibləri mobil qruplar qoruyur.

Paytaxtın Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsində də yeni avtobus cibləri yaradılıb. Avtobusların ciplərdən kənar yerdə saxlamasının qarşısını almaq, qrafikinin tənzimlənməsi və hərəkətinə nəzarət üçün həmin ərazilərə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib.

Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Taksilərin və digər nəqliyyat vasitələrinin dayanacağa girişinə icazə verilmir. Marşrut xətlərinin sahibləri də əraziyə cəlb edilib.

Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək. Həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmamamsı üçün qrafiklər işlənib hazırlanır. (xezerxeber)

Məqalədə : avtobus dayanacaq qanun 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47121

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45290

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46870

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46475

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52026

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46175

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46643
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 06:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru