Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2016
15:59
Bakıda velosiped dayanacaqları quraşdırılır

Bakıda velosipedlər üçün dayanacaqlar quraşdırılır. Bir il əvvəl icrasına başlanan layihə çərçivəsində artıq paytaxtda 10-dan çox ünvanda belə parkinq yerləri quraşdırılıb.

Bu barədə  Velosiped İdmanı Federasiyasının (AzVİF) PR Meneceri Faiq Qurbanov məlumat verib.

“Bir il əvvəl IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birlikdə federasiya tərəfindən velosipedlər üçün dayanacaqların quraşdırılmasına başlanılıb. Bulvar ərazisində 3-4 yerdə, “Park Bulvar” ərazisində, Qız Qalasıın qarşısında, ümumilikdə, təxminən 10 yerdə belə dayanacaqlar var. Şəhərdə velosiped sürənlərin sayı artdıqca, bu dayanacaqların da sayı artıq. Bu yaxınlarda “Metropark”ın qarşısında velosiped dayanacağının quraşdırılması nəzərdə tutulub”, - deyə F.Qurbanov bildirib.

Yalnız “Velopark” ərazisində və “Velotrek”də velosipedlərdən istifadənin ödənişli olduğunu deyən Federasiya rəsmisinin sözlərinə görə, velosiped dayanacaqları pulsuzdur və hər kəs bu nəqliyyat vasitəsini pulsuz park edə bilər.

Qeyd edək ki, Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə "IDEA velosiped dayanacağı" (IDEA Bycile Stand) layihəsi kəyata keçirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və "GreenCar" elektrik nəqliyyat vasitələrinin satış mərkəzi ilə birlikdə həyata keçirilən bu layihə üzrə ilk belə dayanacaq mayın 26-da "Port Baku" kompleksində yerləşən "The Club" idman mərkəzinin qarşısında quraşdırılıb.

Gələcəkdə paytaxda 100-dək "IDEA velosiped dayanacağı"nın quraşdırılması nəzərdə tutulub.

Dayanacaqların quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etmək məqsədi daşıyır. Belə ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali arasında bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul yaradacaq. (Virtualaz)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47131

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45305

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46875

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52041

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46190

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46668
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 07:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru