Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2016
12:23
SOCAR neftçilər üçün mənzil tikəcək
Şirkətin 3 mindən çox işçisi mənzil uçotundadır.

“Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub. 2010-cu ildə bu məqsədlə yaratdığımız “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışaraq fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin edib”.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir. 

“Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır ki, onların da 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır.

Hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli 1, “Azərikimya” İB-nin əməkçiləri üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır. 

Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi də inşa olunacaq. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb.

Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulur. SOCAR üzrə rayonlarda mənzil uçotunda olanların yaşayış sahələri ilə təmin olunması məqsədilə də mütəmadi olaraq tədbirlər görülür”, - deyə R.Abdullayev qeyd edib. (Oxu.Az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62446

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
60140

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61834

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61448

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66953

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
61228

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2021 13:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru