Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2016
11:57
1139
Dövlət Sosial Müdafiə Fondunda NÖQSANLAR

Hesablama Palatasının növbəti kollegiya iclası  keçirilib. Palatanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə olunub:

 

1. dövlət büdcəsindən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair; 

 

2. dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;

 

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair.

 

Araşdırmalar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsində ciddi pozuntular aşkarlanıb.

 

Yoxlamalarla əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi meydana çıxıb.

 

Eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək  hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialları Baş Prokurorluğa göndərilib.

 

İclasda digər audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub.

 

Məlumatlar Milli Məclisə təqdim olunub. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
6

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
65

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
219

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
30

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
31

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
59

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
34

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 16:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru