Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2016
15:15
BMT-nin xüsusi nümayəndəsi həbsxanada İlqar Məmmədovla görüşüb

BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Mişel Forst (Michel Forst) “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

 

Görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

 

Görüşdə ölkədə insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və digər məsələlər müzakirə edilib.

 

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

 

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

İ. Məmmədov və T. Yaqublu 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. (APA)

Məqalədə : BMT İlqar Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14857

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13507

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14915

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14534

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19885

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14399

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14522
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 12:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru