Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2016
12:55
Bakıda 1000 manatdan çox əməkhaqqı alan məktəb müəllimləri varmış

Son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqları 11% artıb.

Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır. 

  

İdarə müdiri qeyd edib ki, 2016-cı tədris ilində 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktoru təyin edilib. Onun sözlərinə görə, son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin olunub. M. Vəliyeva direktorların rotasiyasının davam edəcəyini söyləyib: “Son 3 ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhərindən 726 vakant yer çıxarılıb. Vakant yerlərdən 410-u ibtidai sinif müəllimi ixtisası üzrə olub. Nazirliyin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlar (şəhərlər) üzrə 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib”. 

  

M. Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq. (apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
61

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
65

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
90

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
166

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
160

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Şərhlər
Leyla Guliyeva tərəfindən 15-09-2016 12:40:38 tarixində yazıldı
3n
Fikirlewirem bir teleqraf da yazag gorek bu muellimlerin ayriseckiliyi (biabirciligj)ne vaxtacan davam edecey.dunyanin hansk herinde olkenin bir weherinde maaw o birsilerden ferqli olir goresen..
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru