Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2016
10:43
Bakının daşnak-bolşevik işğalından azad edilməsindən 98 il ötür

FaktXəbər-in məlumatına görə, Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 98 il ötür. 

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunsa da ölkəmizin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özü çox ağır durumda Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi. Quba, Şamaxı, Bakı və digər bölgələrmizdə on minlərlə günahsız insan erməni-rus vəhşiliyinə məruz  Nuru Paşa Osmanlı torpaqlarından  Azərbaycana gəldi və Bakını qurtarmağı hədəflədi. Nuru Paşa burada yerli və Cənubi Qafqazdan gələn könüllüləri də əsgərləri sırasına qataraq Azərbaycanı erməni-rus quldur dəstələrindən qurtarmağa başladı.

1918-ci il, 15 sentyabr günü Bakıya çatan Nuru Paşa qələbələrə imza ataraq Azərbaycanın paytaxtı olacaq şəhəri erməni və ruslardan qurtardı. Sentyabrın 15-də  əsgərlərinin şücaəti bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Nuru Paşa sentyabrın 16-da parad qəbul edib təntənəli şəkildə şəhərə daxil oldu. Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Vəziyyəti nəzərə alan ingilislər də heç bir müqavimət göstərmədən geri durmağa məcbur oldu.  Bakı əsl sahiblərinin əlinə keçdi. Osmanlı ordusu Bakının azad olunması əməliyyatında 1130 şəhid verdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
202

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
185

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
176

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
195

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
197

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
311

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
301

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
313

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 21:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru