Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2016
11:31
Natiq Cəfərli: Tonu 50 dollara da tranzit olar?

FaktXəbər-in məlumatına görə, REAL hərəkatı İdarə Heyətinin üzvü. iqtisadçı Natiq Cəfərli «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun iqtisadi göstəricilərlə bağlı açıqlamasına Facebook səhifəsindən mövqe bildirib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bu günlər verdiyi müsahibələrin birində qeyd edib ki, yaxın zamanda Azərbaycan tək dəmiryolu ilə yükdaşımalardan ildə 2.5 milyard dollar pul qazanacaq. İqtisadçı isə qatarlarla ildə 50 milyon ton yük daşınacağını ciddiyə almır: «Bu ilin yanvar-iyul aylarında ölkə üzərindən yükdaşımaların statistikası açıqlanıb. Deməli, dəmir yolları ilə yükdaşımalar bu aylar ərzində keçən ilin eyni dövrünə görə 18.5 faiz azalıb. Cəmi 700 min ton yük daşınıb. Tutalım ildə olsun 1.5 mln. ton, Şimal-Cənub yolu və Bakı-Axalkalaki-Qars açılandan sonra bu rəqəm 8-10 dəfə artsın (bu mümkün görünmür, çünki bu yolların ciddi alternativləri var). Bu da 10-15 mln. ton edəcək, amma heç bir hesablama 50 mln. tona çatmır».

N.Cəfərli C.Qurbanovun tranzit olaraq Azərbaycanın hər ton yükdən 50 dollar qazanacağı haqda fikirlərini də ciddi saymır: «Elə hesablama aparırlar ki, sanki yükü vaqonla yox, «Mazeratti» ilə daşıyacaqlar. Tonu 50 dollara da vaqona tranzit xərci olar?! Bir vaqon (70-75 ton) mal Çindən Avropaya indi 5-6 minə gedir, bizimkilər isə cəmi 500 km ərazimizdən keçən vaqona 3500 dollar pul almaq istəyirlər? Bunlar kimi aldadır axı?».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
245

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru