Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2016
12:23
Natiq Cəfərli haqqında yeni qətimkan tədbiri seçilib

Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Cavad Cavadlı məlumat verib. O  qeyd edib ki, istintaq orqanı tərəfindən bu gün başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib: “Bu, o deməkdir ki, Natiq bəy Bakı şəhərini tərk edə bilməz, ittiham olduğu kimi qalır və istintaq davam edir”.

Qeyd edək ki, N. Cəfərli ötən gün azadlığa buraxılıb. Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib.

N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.(apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
245

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 23:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru