Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2016
10:21
Təcili Yardım Stansiyasına daha çox hansı müraciətlər edilir?

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) yanvar ayından indiyədək 300000-dən artıq ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edən şəxslərdən 25000-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 37000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 5000-dən artıq olub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 480, hospitalizasiya 465-ə yaxın, insultla müraciətlərin sayı 1500, hospitalizasiya 1400, doğuşla bağlı müraciətlərin sayı 1600, hospitalizasiya 1590, avtoqəza zamanı xəsarət alanların sayı 900, hospitalizasiya 800-dən artıq, xəstəxanadan kənar doğuşların sayı 30 olub ki, onların da hamısı hospitalizasiya olunub.

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.

Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olub ki, bunlardan da 12 halda hospitalizasiya icra edilib.

Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.

Nazirlikdən qeyd edilib ki, işin səmərəliliyini yüksəltmək məqsədi ilə yeni çağırış vərəqi forması hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub. Bu formanın gələcəkdə planşetlərə də yüklənməsi nəzərdə tutulub. Bu məqsədlə138 ədəd daha çox fünksiyalı müasir planşetlər alınıb və yeni proqram hazır olduqdan sonra planşetlərə yazılıb həkimlərin istifadəsinə veriləcək: "2016-cı ilin başlanğıcından bu günədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri də daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib. Stansiyanın bütün həkimləri sertifikasiyadan keçib. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır".

Nazirlikdən əlavə edilib ki, BŞTTTYS-nın 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000-ə qədər, bəzən isə daha da artıq olur. Səbəbindən asılı olaraq təcili tibbi yardıma daxil olan çağırışlar 2 qrupa bölünür. Birinci qrupa çox təcili çağırışlar – qeydiyyata alındıqdan sonra 20 dəqiqə ərzində yerinə yetirilir. Bunlara fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşaiyət olunan səpkilər, kimyəvi və ya dərman preparatları ilə zəhərlənmə, asılma, yanğın, massiv yanıq, dərin və massiv yaralanmalar, qıcolmalar, kəskin tənəffüs pozulmaları, öz boyundan yüksək hündürlükdən yıxılma, suda boğulma, elektrik cərəyanı vurma, ürək tutması, astma tutması, zədələnmələr, yad cisim, qanaxmalar (mədə-bağırsaq,uşaqlıq,burun və s.), donmalar, doğuş, düşük təhlükəsi, hərəki aktivliyin qəfləti pozulması, naməlum səbəbdən xəstənin halının kəskin pisləşməsi, yenidoğulmuşlar aiddir. İkinci qrupa isə təxirəsalınmaz çağırışlar – qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq icra edilir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı, qeyri adekvat davranış, böyrək sancısı, qusma, səpki, yüksək hərarət (peroral dərman qəbulundan sonra enməyən hərarət), sidiyin kəskin ləngiməsi, qida zəhərlənmələri, ağrısızlaşdırılma, ölümün təsdiqlənməsi, tibb işçisinin çağırışına əsasən xəstələrin daşınması aiddir. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 19:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru