Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2016
14:17
Çin ölkənin kredit borcunu gizlədib - Rəsmi Pekin qlobal böhranla üz-üzə

Çinin məcmu borcu son 10 ildə hər il orta hesabla ÜDM-in 30-40%-i qədər artaraq hazırda ÜDM-in 300%-nə çatıb.  Təkcə 2015-ci ildə Çinin 25 trln. yuan və ya 3,7 trln. ABŞ dolları həcmində yeni borcu yaranıb ki, bu da ÜDM-in 36%-nə bərabərdir. Xatırladaq ki, uzun müddət ərzində Çinin borcu deyildikdə analitiklər Sosial Maliyyələşdirmə Göstəricisinə (TSF, Total Social Financing) diqqət yetiriblər ki, bu da Çin hökuməti tərəfindən mümkün qədər azaldılmış məbləğ olub. Məhz TSF-ə görə keçən il Çində yeni kreditlərin həcmi real kreditləşmə həcmindən 9% az, yəni ÜDM-in 25%-i qədər artıb.

Ümumiyyətlə, Çin ölkənin kredit borcunun real həcmini gizlədib və təxminən 35% aşağı göstərib. Səbəb isə sadədir: Çin istəmir ki, dünya və ölkə əhalisi onun kreditlərdən nə qədər asılı olduğunu bilsin. Əlbəttə, bu kreditlər tam təmin edilib, amma Çinin aktivlərinin keyfiyyəti getdikcə pisləşir. Bankın analitikləri bildirirlər ki, Çin həqiqi maliyyə göstəricilərini açıqlasa, o zaman ölkədən kapital axını sürətlənəcək, bu da bank sisteminə və milli valyuta - yuana ciddi zərbə vuracaq ki, nəticədə, yeni qlobal böhran dalğası yaranacaq.

"Goldman Sachs" Çinin real kredit həcmini hesablayıb və bu nəticəyə gəlib ki, 2016-cı ilin ilk yarısında yeni kredit axını ÜDM-in 35%-nə bərabər olub. Bank qeyd edib ki, 2015-ci ildə bu göstərici 38% təşkil edib. Kreditlərin yaranmasının azalması amili müsbət hal kimi qiymətləndirilib və TSF ilə fərqin azaldığını göstrəib. Bu, həmçinin, hökumətin "kölgə" kreditləşməsi ilə mübarizəni artırdığını göstərir. Banka görə, Çin 6,5% iqtisadi artım proqnozuna nail olmaq məqsədi ilə investisiya qoyuluşunun cari səviyyəsini təmin etməli, bunun üçün isə kreditləşmənin intensivliyini qoruyub saxlamalıdır. Başqa sözlə, Çin Xalq Bankı kreditlərin artım sürətini azaltmaq niyyətində deyil. Bu isə, "Goldman Sachs"a görə, 2019-cu ilə kimi ölkə borcunun ÜDM-ə nisbətinin 400%-ə yüksələcəyi ehtimallarını artırır. Analitiklər Çin Xalq Bankı və Çin hökumətinin hələ də effektiv manevrlər edərək ölkənin həqiqi borcunu gizlədə bildiyini vurğulayırlar. Lakin, bir müddət sonra Çindəki problemlərin yeni qlobal maliyyə böhranına səbəb olacağı ehtimalları getdikcə artır.(report)

Məqalədə : Rəsmi Pekin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru