Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2016
12:42
Cahangir Hacıyevin məhkəməsinə 6 nəfər məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Cahangir Hacıyev indiyə qədər keçirilən prosesin protokolarını görmək istəyir.

 

Hakim bildirib ki,  protokollar məhkəmə bitəndən sonra 3 gün ərzində tərəflərə təqdim olunacaq.

 

Şahid Emma Həsənova ifadə verib. O bildirib ki, təqsirləndirilən Azad Cavadovun keçmiş həyat yoldaşının anasıdır. E.Həsənovanın sözlərinə görə, keçmiş kürəkəninin xahişi ilə kredit müqaviləsinə qol çəkib, ancaq  pul almayıb.

 

Bankın Səbael filialının müdiri Ehtiram Əliyev ifadə verib. O, ifadəsində kredit ayrılmasından danışıb. Şahid bildirib ki, şəxsən Cahangir Hacıyevdən qanunsuz göstəriş almayıb.

 

Azad Cavadovun keçmiş arvadının qardaşı Ələkbər Həsənov ifadəsində bildirib ki, ad günündə Azada xəncər hədiyyə edib. O deyib ki, həmin xəncəri “28 May” metrostansiyasının yaxınlığından alıb. Qeyd edək ki, həmin xəncərə görə Azad Cavadova silah saxlama maddəsi ilə ittiham verilib.

 

Məhkəmədə Sabunçu filialının müdir müavini Niyaz Kərimzadə ifadə verib. O, ifadəsində qeyd edib ki, bir dəfə filial müdiri bankda olmadığı üçün kredit müqaviləsinə qol çəkib. N.Kərimzadə Rasim Mehdiyev adlı şəxsə 750 min dollar kredit verdiyini deyib.

 

Hakim bildirib ki, şahid qismində 6 nəfər qalıb. Onlar barəsində məcburi gətirilmə ilə bağlı qərar qəbul edilib. İclas sentyabrın 14- ə qalıb.

 

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. (Lent.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
193

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
145

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
215

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
351
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 18:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru