Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2016
22:39
Təhsil krediti: kirayə haqqını da vermək mümkün olacaq

"Dünyada təhsil krediti məsələsi aktualdır. O cümlədən Azərbaycanda da artıq bu gündəmə gəlməkdədir".

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib: "Bakalavr pilləsində olan tələbələr üçün keçən ildən təhsil kreditlərinin verilməsinə başlanıb. Hətta Təhsil Nazirliyində tələbə təhsil kredit mərkəzləri də yaradılıb. Azərbaycan Respublikasının Elm Haqqında Qanununun 33.10-cu maddəsində Doktorantura pilləsi üçün də təhsil kreditlərinin verilməsi müəyyən olunub. Prezidenti İlham Əliyevin 9 avqust 2016-cı ildə təsdiq etdiyi Azərbaycan Respublikasının Elm Haqqında Qanununda artıq bu işə dair konkret müddəalar öz əksini tapıb".

Komitə sədri deyir ki, Azərbaycan cəmiyyətində təhsil kreditləri deyərkən yalnız ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqqını ödəmək üçün alacaqları kreditlər nəzərdə tutulur: "Doğrudur bu kreditlərin içərisində təhsil haqqını ödəmək üçün müəyyən olunan kreditlər xüsusi yer tutur. Amma təhsil kreditləri geniş anlayışdır. Yəni, təhsil haqlarını ödəmək üçün lazım olan vəsaitdən başqa eyni zamanda təhsil alanın doktorantura, bakalvr pilləsində təhsil alan minimum yaşayışı üçün tələb olunan vəsaiti, kirayə haqqını, yataqxana haqqını təhsil dövründə kitabxana yaratmaq üçün alacağı kitabları və s.-ni əhatə edir.

Və 3 il ərzində, 4 il ərzində doktorantın və ya bakalavrın alacağı krediti ona şərait yaradır ki, sonra işlədiyi illərdə, 10 il ərzində geri qaytara bilsin. Bu Azərbaycanda təhsilin inkişafına, elmin inkişafına böyük fayda verə biləcək addımdır. İnanıram ki, bu işin böyük perspektivi var. Bu elmə, təhsildə istedadlı gənclərin özünə yer tapmasına özünün töhvəsini verə biləcək".(atv.az)

Məqalədə : təhsil kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru