Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2016
14:30
Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı

Uruqvaylı məşhur yazıçı və siyasi fəal Eduardo Galeanonun qələmə aldığı "Kimdir terrorçu?" məqaləsi bu günlə səsləşən ən gözəl düşüncələrdən biridir. 

FaktXəbər oxucuları üçün maraqlı olacağını nəzərə alıb, həmin məqaləni təqdim edirik:

Beynimin içində milçəklər kimi vızıldaşan bəzi sualları bölüşmək istəyirəm

Ədalət ədalətli deyil? Dünyanın ədaləti baş-ayaqmı durur? Buşa ayaqqabılarını atan iraqlı üç il müddətinə həbs cəzasına məhkum edildi. Amma o, bundan daha yaxşısına - medala layiq deyildimi?

Terrorçu olan kimdir? Ayaqqabı atanmı, yoxsa ayaqqabı ilə əzənmi? Yalan danışaraq İraq müharibəsini yaradan, bir çox insanı öldürən, işgəncəni qanuniləşdirən və həyata keçirilməsi əmrini verən qatil terror günahkarı deyilmi?

Torpaqlarını müdafiə hüquqlarından istifadə etdikləri üçün terrorizm yaratmaqda günahlandıran Braziliyanın torpaqsız kəndliləri, Çilinin mapuçe, ya da Qvatemalanın kekçe yerliləri və ya Meksika - Atenkoda yaşayan yerli xalqlar günahkardırmı? Əgər torpaq müqəddəsdirsə, hər nə qədər qanunlar bunu ifadə etməsələr də, onu müdafiə edənlər müqəddəs deyilmi?

"Foreign Policy" jurnalına görə, Somali dünyada ən təhlükəli yerdir. Bəs, dəniz qulduru olan kimdir? Aclıqdan gəmilərə hücum edənlərmi, yoxsa illərdir dünyaya hücum edən və bu səylərinə görə multimilyonluq mükafatlara layiq görülən, "Wall Street"in spekulyantlarımı? Niyə dünya özünü soyanları mükafatlandırır?

Niyə ədalətin yeganə gözü kordur? Şirkətlərin ən güclüsü "Wal-Mart" işçilərinə həmkarlar ittifaqları qadağası qoyur, elə "Macdonalds" da. Beynəlxalq hüququ pozan bu günahkar şirkətlər nə üçün cəzadan azad olurlar? Günümüzdə işçi hüquqları indiyə qədər ondan daha az dəyərli heç nəyin olmadığı üçünmü?

Kim haqlı, kim haqsızdır? Əgər həqiqətən beynəlxalq ədalət varsa, niyə güclülər heç vaxt mühakimə olunmurlar? Onlar məhkum deyillər. Cəzaçəkmə yerlərinin açarlarının sahibi onlar olduqları üçünmü?

Nə üçün Birləşmiş Millətlər Təşkilatında veto hüququna malik beş güc toxunulmazdır? Bu haqqın ilahi bir kökü varmı? Müharibəni iş halına gətirənlər sülhü necə qoruyacaqlar? Əsas işləri silah istehsal etmək olan bu beş gücün, dünyada sülhdən məsul olması ədalətlidirmi?

Narkotik ticarətçilərini alçaldan yoxdur; Budamı "mütəşəkkil cinayətkarlıq" deyil? Səs-küy çıxaranlara qarşı hər yerdə israrla ölüm cəzası tələb edildiyi halda, niyə dünyanın sahiblərinə qarşı cəza tələb edən yoxdur? Daha artığı lazımdır. Raketləri istifadə edənlərə qarşı deyil, bıçaqları istifadə edən qatillərə qarşı hay-küy qoparırlar.

Heyrət edirik: Madam ki, bu qoruyucular, bu qədər öldürmək arzusu, çılğınlığı içindədirlərsə, niyə sosial ədalətsizliyə qarşı ölüm cəzası tələb etmirlər? Hər bir dəqiqədə üç milyon dolların hərbi xərclərə ayrıldığı zaman müalicə edilə bilən xəstəliklərdən və aclıqdan on beş uşağın öldüyü bir dünya ədalətli ola bilərmi? Adı beynəlxalq cəmiyyət olan quruluş, dişlərinə qədər, kimə qarşı silahlanır? Yoxsulluğa qarşı, yoxsa yoxsullara qarşı?

Ölüm cəzasının alovlu müdafiəçiləri, davamlı şəkildə dövlət təhlükəsizliyinə hücum edən istehlak cəmiyyətinin dəyərlərinə qarşı niyə ölüm cəzası istəmirlər? Milyonları, milyonlarla gənci, aşağı əmək haqqı alanı dəli edən reklam bombardmanları cinayətə dəvət etmirmi? "Var olmaq malik olmaqdır", - deyə gecə-gündüz təkrarlanan; Maşına sahib ol, markalı ayaqqabıya sahib ol, sahib ol, sahib ol... Və o sahib olmayan mövcud olmurmu?

Və nə üçün ölümə qarşı ölüm cəzası tətbiq olunmur? Dünya ölümün xidmətinə mütəşəkkil olmuş durumdadır. Bizim enerjimizin və ehtiyatlarımızın böyük bir hissəsini yalayıb udan silah sənayesi, yoxsa ölüm istehsal etmirmi?

Dünyanın sahibləri şiddəti ancaq digərləri tətbiq etdiyi zaman cəzalandırırlar. Bu şiddət monopoliyasıdır, bütün mənfi cəhətlərə baxmayaraq həyatda qalmaq istəyən yerlilər üçün açıqlanmayan bir hala çevrilir: Biz insanlar qarşılıqlı olaraq bir-birimizi məhv etməkdə ixtisaslaşmış yeganə "heyvan" növüyük və bizlər digər varlıqlar arasında təbiəti və onun canlarını da yox etməkdə olan qırğın texnologiyası hazırlamışıq. Sözügedən texnologiya qorxunu bəsləyir. Bu qorxu polis və hərbi bədxərclikləri haqlı göstərən düşmənləri istehsal edən bir qorxudur. Bəs, qorxunu ölümə məhkum etsəydik necə olardı? Peşəkar dəhşətvericilərin bu universal diktaturasına son vermək düzgün olmazdımı?

Panika yayanlar bizi tənhalığa məhkum edir və bizə həmrəyliyi qadağan edirlər: Altda qalanın canı çıxsın, bir-birilərini yesinlər, bu qonşu həmişə bir təhlükədir, diqqət et, daha çox diqqət et, nəyinisə oğurlayacaq, o sənə təcavüz edəcək, bir müsəlman bu uşaq arabasına bomba qoyub, bu məsum görünüşlü qonşu qadın sənə baxırsa, əminəm ki sənə donuz qripi yoluxduracaq.

Alt-üst olmuş bu dünyada ortaq düşüncə və ədalətin bərqərar olmasına qarşı ən sadə hərəkətlər qarşısında belə, qorxu yaradılır. Prezident Evo Morales ölkənin böyük əksəriyyətini təşkil edən yerlilərin özlərinə güzgüdə baxmaq ləkəsini üstlərindən atmaları üçün Boliviyanı yenidən qurmağa cəhd edəndə, çaxnaşma yaratdılar. Əlbəttə, bu cəsarətli addım ənənəvi irqçi baxış üçün fəlakət idi: Qarışıqlıq yaradan Evo idi və onun günahı ucbatından dünyada birlik dağılacaq və ölkələr parçalara ayrılacaqdı.

Ekvador prezidenti Korreanın qanunsuz qəbul etdikləri borcların qaytarılmayacağı məsələsində israrlı olduqlarını bildirən açıqlaması isə, dünya maliyyə bazarlarında çaxnaşma yaratdı və pis bir nümunə olacağı üçün də Ekvador qorxunc şəkildə cəzalandırılmaqla təhdid edildi.

Bundan başqa, narkotik bəlasına qarşı müharibəni bu qədər ucaldan böyük media niyə dünyada istehlak edilən heroinin demək olar ki, hamısının Əfqanıstandan gəldiyini söyləmir? Əfqanıstandan göndərən kimdir? Bu ölkə, hamımızı xilas edəcəyi gözlənilən məsihin məmləkətinin hərbi işğalı altında olan bir ölkə deyilmi? Niyə narkotiki leqallaşdırmırlar? Hərbi basqınlar üçün yaxşı bəhanə olmayacağı və habelə, gecələr çirkli paltarları yuyan camaşırxanalar kimi işləyən böyük banklara daha çox qazanc gətirməyəcəyi üçünmü?

Tarixin inkişaf mərhələləri bəzən pis bitir. Amma o, tarix bitmir. "Əlvida" deməyə hazırlaşarkən, "görüşənədək", - deyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
145

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
195

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
510

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
391

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
501

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 12:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru