Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2016
13:10
Dollarla kredit problemini necə həll etmək olar?

Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Güman olunur ki, dolların bahalaşması problemli kreditlərin həcmini daha artıracaq. Problemi necə həll etmək olar?

FaktXeber.com-un məlumatına görə, iqtisadçı alim Vüqar Bayramov bu məsələyə münasibət bildirib.

O, bu məsələdə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdiyini bildirib: «Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin retruktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması və o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər».

«İnanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək», - deyən ekspert bu proqramla bağlı təkliflərini artıq hökumətə təqdim etdiyini bildirib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54241

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52354

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53779

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53529

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58898

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53199

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53573
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 06:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru