Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2016
12:13
Dollar krediti olanlara pis xəbər: banklar manatla ödənişdən imtina edir

"Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur: manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir".

Bunu bank üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, bankların bu hərəkəti qanuna və bütün dünyada qəbul edilmiş milli valyutanın qanuni ödəniş vasitəsi ("legal tender”) olması prinsipinə ziddir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 36.3-cü maddəsində deyilir: "Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.

Qanunu pozaraq bank ödənişi qəbul etmirsə, borclu nə edə bilər?

 

Əvvəla, Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, habelə məhkəməyə şikayət edə bilər.

Eyni zamanda borclu bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər. Belə ki, Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulu notariusun depozit hesabına qoya bilər (və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir). Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur.

Sadəcə bu halda "Notariat haqqında” Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır. Həmin maddəyə əsasən pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözügedən notariuslardan birini seçmək borclunun hüququdur. Məsələn, tutaq ki, krediti bankın Gəncə filialında alsa belə, manatla ödəmək istədiyi pulu bankın Quba filialına yaxın notariusun depozit hesabına da qoya bilər. (Baku.ws)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53450

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53128

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52833

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58203

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52476

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52867
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 07:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru