Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2016
14:40
İpoteka kreditləri 2017-ə qaldı

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib.

Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb. Amma ipoteka kreditlərinin verilməsi hələ də reallaşmır.

Uzun illərdir evsizlərin gözlədiyi ipoteka kreditlərinin bərpası 2016-cı ilə nəzərdə tutulsa da, bank sistemində baş verən problemlərdən dolayı 2017-ci ilədək təxirə salınıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vahid Əhmədov da Modern.az-a açıqlamasında mövcud problemlərin olduğunu təsdiqləyərək narahatlığını ifadə edib:

 

“İpoteka kreditləri üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb. Dövlət büdcəsi normal icra olunmalıdır. Amma bank sistemində problemlər var. Manat devalvasiyaya uğradığı üçün ipoteka kreditlərinin verilməsində gecikmələr müşahidə olunur. Hazırda digər kreditlərin verilməsində də ciddi problemlər var. Amma ümumi götürəndə ipoteka krediti dövlət büdcəsində nəzərdə tutulubsa, icra olunmalıdır və problem yaşanmamamalıdır”.

 

İqtisadçı deputat ölkənin bank sistemində yaşanan problemlərdən dolayı Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankı ittiham edib:

 

“Banklardakı problemlər çox ciddidir. Yəqin ki, Milli Məclisdə də bununla bağlı məsələlərə toxunacağıq. Çox təəssüflər olsun ki, banklarda yaşanan problemlər öz həllini tapmır. Nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də Mərkəzi Bank bu məsələlərlə ciddi məşğul olub ölkə başçısına düzgün məlumat verib, çıxış yolu göstərir. Ona görə də banklarda çox ciddi problemlər yaranıb. Kreditlər verilməsi dayandırılıb, dollar qıtlığı, hətta manat qıtlığı yaradılması prosesinə gedilir. Ona görə də Azərbaycanda faktiki olaraq pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank bu məsələlərə aydınlıq gətirməlidir”.

 

Qeyd edək ki, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

 

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); Elmlər doktoru elmi dərəcəsi olan şəxs; Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs”. (Modern.az)

Məqalədə : ipoteka kredit qayda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru