Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2016
15:02
Vergilər Nazirliyi “Facebook” və “Odnoklassnik”i izləyəcək

Bu gün Vergilər Nazirliyi məlumatı elektron ticarətin vergiyə cəlb olunması üzrə atılacaq tədbirlər haqda məlumat yayıb.

 

Ekspert Rəşad Əliyev nazirliyin bu qərarını şərh edib. O bildirib ki, qərarın icrası üçün ilk növbədə ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalıdır:

 

“Onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçirilməlidir”.

Məlumatda qeyd edilir ki, “Son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Məlum olduğu kimi, xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir”

Ekspert deyir ki, beləliklə, ölkə ərazisində onlayn-bizneslə mal satan bütün saytlar və analoji elektron vasitələr (məsələn sosial şəbəkələrdə) müəyyən edilərək hansı vergi ödəyicisinə aid olmaları yoxlanılacaq:

 

“Əgər həmin saytların arxasında vergi qeydiyyatında olmayan hüquqi və ya fiziki şəxslər olmasa, bu halda onlara qarşı tədbirlər görüləcək. Sözsüz ki, həmin subyektlər ölkə ərazisində yerləşirlərsə, onlar qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.

İnternet üzərindən ticarət müxtəlif kombinasiyalar ilə aparılır. Məsələn, elektron qaydada ödəniş edərək mal alınması; yaxud da elektron qaydada mal sifariş etməklə pulu yerində nağd ödəməklə.

 

Proses mal satanlarda fərqlidir. Elə şirkətlər var ki, ancaq elektron qayda da mal satır. Elələri var ki, məhsulu həm ənənəvi üsulla (ticarət nöqtəsindən), həm də elektron qaydada satır.

 

Mal satanların coğrafiyası da fərqlidir - bəziləri ölkə ərazisində, bəziləri isə xaricdədir.

 

Ekspert hesab edir ki, müxtəlif kombinasiyaların mövcudluğu müxtəlif tədbirlərin görülməsini tələb edəcək:

 

“Bütün hallarda uğurlu nəticə əldə edilməyəcək. Ancaq burada ilkin dövrdə əsas hədəf ölkə ərazisində elektron ticarət və ya onlayn biznes aparan, vergidən yayınan subyektlərin üzə çıxarılmasıdır. Bunların əksəriyyəti isə sosial şəbəkələrdə gizlənir. O da məlumdur ki, ən çox istifadə edilən sosial şəbəkələr “Facebook” və “Odnoklassniki”dir. Bu şəbəkələrdə də izləmə işləri aparılacaq”. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12994

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11692

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13110

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12689

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18059

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12696
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2020 23:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru