Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2016
16:41
Qafqaz Universitetindən qovulan müəllimlərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov avqustun 31-də Türkiyə Respublikasında işguzar səfərdə olub. DİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə Ramil Usubovun görüşü keçirilib. İki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən nazir Əfqan Ala 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyev tərəfindən Türkiyənin qanuni hakimiyyətinə hərtərəfli dəstək verildiyini qeyd edib.

Azərbaycanın daxili işlər naziri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, yaşadığımız regionda böhran və münaqişələrin, risk və təhdidlərin mövcudluğuna baxmayaraq, biz hər zaman sabitliyi qorumaq və möhkəmləndirmək, beynəlxalq terrorçuluğa qarşı səylərimizi daha sıx birləşdirmək əzmindəyik.

O qeyd edib ki, 15 iyul hadisələrindən dərhal sonra «Hizmət hərəkatı»na bilavasitə bağlı olan «Qafqaz Universiteti»nin fəaliyyətinə və orada çalışan 50-yə yaxın müəllimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, eyni səbəbdən «Zaman-Azərbaycan» qəzetinin və onun veb-saytının fəaliyyətinin, Fətullah Güləndən müsahibə almış ANS televiziyasının, radiosunun və veb-saytının da yayımının dayandırıldığı diqqətə çatdırılıb.

Nazir qeyd edib ki, müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən «Hizmət hərəkatı»na mənsub şəxslərin aşkarlanması istiqamətində müvafiq dövlət qurumları lazımi tədbirlər görür.

Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən, mobil rabitə xidməti göstərən şirkətlərdə yüksək vəzifə tutan bəzi şəxslər - mobil operatorların abunəçilərinə dair fərdi, o cümlədən qapalı məlumatlardan qanunsuz olaraq «Hizmət hərəkatı»nın xeyrinə istifadə etməkdə şübhəli bilinərək həbs olunublar.  

Bu hərəkatın «fətullahçılığı» təbliğ edən, eləcə də, sosial, dini nifrət və düşmənçiliyin salınmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması, qarşısının alınması, bu hərəkatın maliyyə mənbələrinin müəyyən edilməsi məqsədilə, Azərbaycanın Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının  12-də cinayət işi başlanılıb və istintaq aparılır.

Həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və müvafiq tədbirlər davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru