Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2016
15:07
Tələbə kreditləri niyə ləğv edildi?

Ödənişli fakültələrə düşən tələbələrin problem yaşamaması üçün bir müddət əvvəl tələbə krediti təşəbbüsü ortaya atıldı. Amma tədris ili başlamamış bu istiqamətdə “qara xəbərlər” gəlməyə başladı. Məlum oldu ki, ölkə ərazisindəki bütün banklar bu istiqmətdəki kreditləşməni dayandırıblar.

Əvvəlki illərdəÿaztəminatlıÿailələr övladlarının təhsilini davam etdirməsi üçünÿbanklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib. Bu istiqamətdə böhranın yaşandığını 7200 ödənişli yerin boş qalması da sübut edir.

Azərbaycanda təhsil kreditlərinin təhsilin bütün pillələri üzrə tətbiqini qanuniləşdirmək üçün “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə, ya da xüsusi olaraq “Təhsil kreditləri haqqında” qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac var.

Iqtisadçı Samir Əliyev bildirdi ki, tələbə kreditlərini əksər bankların dayandırması təsadüfi deyil. S.Əliyevin sözlərinə görə, bu banklardakı maliyyə durumunun davamıdır: “Banklar kredit verməkdə maraqlı deyillər. Çünki manat qıtlığı var və manatın ucuzlaşması bankları manatla kredit verməkdə maraqlı etmir. Hazırda ipoteka kreditləşməsində də oxşar vəziyyət yaranıb. Yüksək faizli kreditlərin fonunda belə bir təşəbbüsün olması yaxşı hal idi. Amma ötən müddət ərzində proses mürəkkəbləşib və daha da qəlizləşməkdə davam edir. Göründüyü kimi, artıq dövlət dəstəyinə ehtiyac var. Dövlətin də bu sahədə ehtiyacları çoxdur. Müxtəlif sahələrə vəsait tələb olunur. Ona görə də bu sahə müəyyən dərəcədə arxa plana keçib. Amma bu sahədə unudulmamalıdır”.

S.Əliyevin sözlərinə görə, artıq 2 həftədən sonra təhsil başlayır və ödənişli fakültələrin vəsaiti keçirilməlidir: “Çünki tələbə kreditləri indi verilməyəcək, daha da uzadılacaqsa, sonradan bu, əhəmiyyətini itirə bilər. Eyni zamanda faizlər də aşağı olmalıdır. Əks halda ödənişli fakültələr boş qala bilər. Çünki, əhalinin ödəniş qabiliyyəti getdikcə azalır”. (azadliq.info)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53450

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53128

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52833

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58203

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52476

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52867
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 07:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru