Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2016
09:37
Qubadlının işğalından 23 il keçir - VİDEO

Bu gün Qubadlı rayonunun işğal olunmasının 23-cü ildönümü tamam olur. Azərbaycanın bu tarixi ərazisi 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

Qeyd edək ki, Dağlıq Qarabağı qanunsuz işğal altında saxlayan Ermənistan rəhbərliyi Qarabağətrafı rayonlarda da infrastruktur layihələri həyata keçirir.  Ermənistan BMT Təhülkəsizlik Şurasının qətnamələrinin ziddinə olaraq Kəlbəcər rayonu ərazisində xəstəxana, Qubadlının Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində isə fərdi yaşayış evləri tikir. 

Xanlıq kəndindəki yaşayış evləri “Tufenkyan fondu”, Kəlbəcərdəki ikimərtəbəli xəstəxana isə Ermənistanın “K-Telecom” mobil operator şirkətinin əslən Livan ermənisi olan baş direktoru Ralf Yirikyan tərəfindən maliyyələşdirilir. 

Qarabağda fəaliyyət göstərən “Artsax TV” telekanalının öncə Xanlıq kəndindəki, daha sonra isə Kəlbəcər rayonu ərazisindəki xəstəxananın tikintisi ilə bağlı hazırladığı videoreportajlı təqdim edirik:

Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi. İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib. Qeyd edək ki, Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları məhz bu rayon ərazisindən keçir. Qubadlı rayonunda tarixi abidələr, habelə 21 orta, 26 natamam orta, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır və 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi. Qubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvarı qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir. Rayondan qaçqın düşmüş 31300 nəfər əhali əsasən Sumqayıt şəhərində və ölkənin 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da12 nəfəri Milli Qəhrəman adına layiq görülüb.

Məqalədə : Qubadlı erməni işğal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
180

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru