Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2016
13:37
Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ

Suriyanın şimalında ötən həftə Türkiyənin başladığı əməliyyatlar barədə müxtəlif fikirlər irəli sürülməkdədir.

Bəziləri bunu Türkiyənin Rusiya, İran və Suriya dövlətləri ilə razılaşdırılmış əməliyyatı adlandırsa da bir çoxları tam fərqli düşüncədədirlər.

Türkiyə hökumətinin rəsmi açıqlamasına inansaq Ankara İŞİD və özünə təhlükə hesab etdiyi kürdlərin bölücülük məqsədlərinin qarşısnı almaq üçün bu addımı atıb. Ancaq baş verənləri diqqətlə analiz etdikdə Suriyanın şimal bölgəsində fərqli oyun getdiyinin şahidi oluruq.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, bu əməliyyat ötən həftə ABŞ vitse-prezidenti Co Baydenin Ankaraya səfərindən dərhal sonra baş tutdu. Bu onu deməyə əsas verir ki, NATO ölkəsi olan Türkiyə ABŞ-ın icazəsi olmadan əsla özbaşına belə addım atmaq iqtidarında deyil. Əlbəttə Türkiyənin rəsmi dairlərində, hətta ölkə rəhbərliyi səviyyəsində görünüş xatirinə də olsa Amerikanın siyasətlərinə qarşı mövqelər və tənqidlər səslənə bilər. Ancaq bu rəsmi Ankaranın həssas məsələlərdə tək başına addım ata bilməsi anlamına gəlməməlidir.

Ötən gün “New-York Times” qəzeti fərqli məcrada yazdığı bir yazıda bildirib ki, Suriyada müxalif kimi tanınan “Azad Suriya Ordusu”nu Mərkəzi Kəşfiyyat İdarəsi, kürdlərin YPG-sini isə Pentaqon dəstəkləyir. Məsələ bundadır ki, Türkiyənin Suriyanın şimalında başlatdığı başgicənləndirici “Firat qalxanı” əməliyyatının qayəsi nədən ibarətdir?

Adıçəkilən əməliyyatda İŞİD heç bir xüsusi müqavimət göstərmədən iki gündə Cerablus şəhərini rahatlıqla Türkiyə ordusuna təhvil verir. Bəlli olur ki, bu əməliyyatın İŞİD-ə qarşı olması iddiası sadəcə ümumi fikri azdırmağa yönəlib. Digər məsələ isə Türk ordusunun MKİ-nin əlaltısı olan Azad Suriya Ordusu ilə birləşib, ABŞ-ın digər orqanı, Pentaqonun himayəsində olan YPG-yə qarşı  əməliyyatlar keçirməsidir.

ABŞ Türkiyə əməliyyatı öncəsi Co Baydenin səfəri ilə rəsmi Ankaraya kürdlərin aldığı ərazilərindən geri çəkilərək, həmin əraziləri Azad Suriya Ordusuna verməsi vədini verib.

Ancaq şübhəli məqam budur ki, niyə kürdlər geri çəkilmir və Türkiyə ordusu ilə döyüşməkdədirlər?

Bəzi ekspertlər bunu ABŞ və Türkiyənin razılaşdırılmış oyunu hesab edir.

Diqqət etsək bir neçə həftə öncədən, indiyə kimi Suriya ordusu ilə demək olar eyni cəbhədə döyüşən YPG, qəfildən Suriya ordusuna qarşı hücumlara başladı. Suriya ordusu da onlara cavab zərbələr endirdi. Ekspertlərin rəyincə kürdlərin bu addımı əslində ABŞ-ın istəyi ilə və Türkiyə ordusunun Suriyanın şimalına girməsinə zəmin yaratmaq üçün atılıb. Yəni ABŞ-ın himayəsində olan və hər cür dəstəyə malik olan YPG-ni zəiflətmək üçün rəsmi Dəməşqi və müttəfiqlərini Ankaraya yaşıl işıq yandırmaq üçün bu əsl bir bəhanə sayıla bilər.

Suriya hökuməti isə baş verən oyunun mahiyyətini dərk etmiş görünür. Artıq terrorçularla birləşərək, qanunsuz şəkildə ölkəsinə daxil olan qüvvələrə qarşı bir neçə dəfə BMT-yə müraciət edib.

Ancaq bütün baş verənlərin əsas məqsədi bir şey görünür. O da budur ki, Suriya hökumətini devirə bilməyən Qərb və müttəfiqləri çalışırlar ki, Suriyanın şimalında “Bunker zona” yaratsınlar. Onlar buna nail olsalar orada öz əlaltıları olan Suriya müxalifəti adı ilə tanınan terror qruplşamalrından ibarət hökumət yaradacaqlar. Daha sonra isə adıçəkilən qurama hökuməti beynəlxalq aləmə tanıtdırıb, ya Əsədi aradan aparmaq üçün “leqallaşdırılmış” addımlar atacaqlar, yaxud da ölkəni parçalayıb bir neçə hissəyə böləcəklər.

Əziz Sahiboğlu / faktxeber

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
160

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
195

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
510

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
391

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
506

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 12:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru