Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2016
11:32
Təhsil kreditləri ilə bağlı yeni təklif

Azərbaycanda təhsil kreditlərinin təhsilin bütün pillələri üzrə tətbiqini qanuniləşdirmək üçün “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə, ya da xüsusi olaraq “Təhsil kreditləri haqqında” qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac var.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə Milli Məclisdə deputatlar tərəfindən irəli sürülən təşəbbüslər, hətta müəyyən ilkin layihələr də mövcuddur.

İ.Həbibbəyli qeyd edib ki, “Elm haqqında” qanunun 33.10-cu maddəsində doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlərin verilməsi və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmək hüququnun həyata keçirilməsi kimi yeni müddəa öz əksini tapıb: “Təhsil Nazirliyi artıq bakalavr pilləsi üçün təhsil kreditlərinin verilməsi işinə başlayıb. Fikrimizcə, Təhsil Nazirliyinin bu proqramın məqsədyönlü şəkildə həyata keçirilməsi üçün artıq “Tələbə Kredit Mərkəzi” yaratması həmin sahədə real addımların atılmasına şərait yaradacaq. Beynəlxalq təcrübədə özünü təsdiq etmiş təhsil kreditləri məsələsinin həyata keçirilməsi Azərbaycanın elm və təhsil sistemində bir çox problemlərin həllinə kömək edəcək. Bu baxımdan “Elm haqqında” qanunda ölkəmizdə doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəanın olması həmin prosesin daha da genişlənməsinə təkan verəcək”.

“Elm haqqında” qanunda ilk növbədə, ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinə fikir verildiyini bildirən İ.Həbibbəyli qeyd edib ki, “Elm haqqında” qanunun həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Əsasnaməsinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsinə dair xüsusi maddənin öz əksini tapması bu zəruri qurumun rolunun və funksiyalarının daha da artırılmasına xidmət edir.

Onun sözlərinə görə, bundan sonra Elmi Tədqiqatların Əlaqələndirmə Şurası və ona bağlı olan elm sahələri üzrə problem şuraları daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdeh olacaq.

İ.Həbibbəyli həmçinin qeyd edib ki, elmi adların və dərəcələrin verilməsi qaydalarının təkmilləşdirilməsi və dəqiqləşdirilməsi istiqamətində də “Elm haqqında” qanunda əhəmiyyətli müddəalar öz əksini tapıb: “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, müxbir, xarici və fəxri üzvlüyünün elmi rütbə adlandırılması ölkəmizdə alim adına və zəhmətinə göstərilən böyük diqqət və qayğını özündə əks etdirir. Bununla belə, akademik adının elmi rütbə hesab edilməsi bu adı daşıyan alimlərin, seçkili orqanların məsuliyyətini daha da artırır”. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru