Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2016
22:03
Tələbələr üçün təhsil kreditləri dayandırılıb

Yeni dərs ilinin başlanması tələbələr üçün yeni qayğılar gətirir. Xüsusilə, bu il ödənişli əsaslarla I kursa qəbul olunan tələbələrin təhsil haqqını sentyabrda ödəmələri ilə bağlı şərt qoyulub.

Gəlirləri azalan və ya işsizlikdən əziyyət çəkən ailələrin isə həmin məbləğləri ödəmələri mümkün deyil.

Əvvəlki illərdə aztəminatlı ailələr övladlarının təhsilini davam etdirməsi üçün banklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib.

Fins.az-ın araşdırması göstərdi ki, indi banklarda tələbələr üçün nəzərdə tutulan bütün məhsulların satışı dayandırılıb.

“Turanbank”dan bildirdilər ki, tələbə kreditlərinin verilməsi dayandırılıb. Məhsulun satışının nə zaman bərpa olunacağı bəlli deyil.

Ötən ilə qədər tələbə krediti verən “Bank of  Baku”, “AGBank” da bu xidməti tələbələrin üzünə bağlayıb. “Accessbank”, “AFB bank”, “Atabank”, Azərbaycan Beynəlxalq Bankı, “Bank Standart”da isə ümumiyyətlə belə bir xidmət olmayıb. Ancaq istehlak kreditlərinin tərkibində tələbələrə də kredit ayrılıb.

“Bank Standard”dan bildiriblər ki, bu günədək sırf təhsil kreditləri ayrılmayıb: 

“Müştərilərə yalnız bir neçə proqram çərçivəsində istehlak kreditləri təqdim olunub. Müştərilər həmin istehlak kreditlərini sərf etməkdə müstəqil olduqları üçün bank tərəfindən həmin kreditlərin təhsil yaxud başqa məqsədlərə sərf olunması barədə heç bir statistika aparılmayıb”.

“Maarifçi” Tələbə Kredit Fondundan isə sorğumuza cavab verilməyib.

Adları çəkilən banklarda (“Accessbank” istisna olmaqla) kreditlərin verilməsi dayandırılıb.

Artıq tələbə valideynləri banklardan əllərini üzüb, başqa maliyyə mənbəyi axtarışına çıxıblar.

Məqalədə : tələbə bank kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru