Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2016
14:30
Cahangir Hacıyevin tələbə yoldaşı: Balqabağam ki, evə silah qoyum?

Bu gün "Beynəlxalq Bank işi”nə görə təqsirləndirilənlərin məhkəmə prosesi davam etdirilib. 

Məhkəmədə təqsirləndirilən şəxslərdən Azad Cavadov və şahidlər ifadə verib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilənlərdən Azad Cavadov  dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. 

Təqsirləndirilən Azad Cavdovun prokuror Fərid Nağıyevin suallarına cavab verərək bildirib ki, "Büynəlxalq Bank"ın sabiq rəhbəri Cahangir Hacıyevlə tələbə yoldaşı olub. 

C.Hacıyevin dəvəti ilə Bakı Fındıq emalı zavodunda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi fəaliyyət göstərib.

O, ifadəsini suallarla cavabla davam etdirib.

Prokuror: Necə oldu ki, zavod bankın idarəetməsinə keçdi?

Azad Cavadov: "Beynəlxalq Bank"dan 5 milyon manat kredit götürülüb, girov olaraq isə müəssisə qoyulmuşdu. Bu kredit mən gəlmədən əvvəl götürülmüşdü.

Prokuror: bununla bağlı bir sənəd təqdim  edə bilərsinizmi?

Azad Cavadov: Bəli, edə bilərəm. 

Prokuror: İki gün ərzində 17 milyon kreditin götürülməsi kimin təşəbbüsü idi?

Azad Cavadov: Vergilər Nazirliyinin müstəntiqlərinin. Onlar dedilər ki, pullar ödənilməlidir. Müstəntiqlərə dedik ki, işçilərə ödənişlər paket şəklində edilib. Dövlət strukturlarına ödənişlər edilib. Onlar isə dedilər ki, Azərbaycanda  paket sistemi yoxdur, dövlət strukturlarına belə ödənişlər edilmir, rüşvət yoxdur. Bizim bu xərcləri qəbul etmədilər. Ona görə də həmin məbləğlərin ödənilməsi üçün əlavə kreditlər götürülməsini təklif etdilər. Bu barədə Cahangirə dedim. 

Azad Cavadov ifadəsində bildirib ki, onun barəsində əvvəl cinayət işi açılıb. Həmin cinayət işi zavodda vergilər nazirliyi tərəfindən aparılan yoxlamalara görə olub. Bundan sonra ona cinayət işi açılıb. Azad Cavadov bankdan götürülən 17 milyon kreditlə həmin borcu ödəyib və bundan sonra cinayət işi açılıb.

Prokuror: Sizin qaynananızın adına 816 min manat kredit olub. Bu nə üçün verilib?

Azad Cavadov: Həmin kredit əvvəl vəkil Akif Məlikovun adına olub. Akif Məlikov bir gün eddi ki, kreditlə soyuducu almaq istəyən zaman ona bildiriblər ki, adına böyük məbləğdə kredit var. Sonra həmin krediti qaynanamın adına keçirdim.   

Azad Cavadov soyuq və odlu silahla bağlı verilən suallara cavab olaraq bildirib ki, soyuq silah dedikləri xəncər 10 il evində olub. O deyib ki, həmin xəncəri qaynı ona hədiyyə olaraq alıb. 

“Evimdə ikinci dəfə axtarış aparanda həmin əşyanı götürdülər və ekspert rəy verdi ki, guya soyuq silahdır. Halbuki, evdə ondan da böyük iki balta var. 

Odlu silaha gəlincə isə bu ümumiyyətlə mənlik deyil. Özləri evə qoyublar. Səbəbi də o idi ki, mənə 6 milyon ittihamı ikinci dəfə verilirdi. Baxdılar ki, eyni əmələ görə ikinci dəfə cəzalandırmaq mümkün deyil və məhkəmədən vaxt istədilər. Yenidən bağa baxış keçirdilər və saunada yastığın altından tapança tapdılar. Mən orda odlu silah saxlasaydım, ən azından evə xəbər edərdim ki, baxış keçirəcəklər, "tədarük” görün. O qədər balqabağam ki, silahı orada saxlayım? Axtarış aparanda çox arxayın idilər. 20 nəfər içəri girdilər. Çıxarıb dedilər ki, “bu da silah””.

O, ifadəsində bildirib ki, həmin silaha əl vurmayıb. Lakin prokuror deyib ki, ekspert rəyinə görə həmin silahda onun əl izi var.

A.Cavadov həmin ekspert rəyinin də qurama olduğunu deyib. 

Daha sonra vəkillərin suallarını cavabalandıran A.Cavadov deyib ki, zavoda ümumi 60 milyonluq kredit götürülüb və həmin məbləğ müəssisənin genişləndirilməsinə sərf edilib və bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib.  

Qeyd edək ki, ittihm aktına görə, həmin pullardan 6 milyonu mənimsənilib. A.Cavadov deyib ki, heç bir mənimsəmədən söhbət gedə bilməz və pul ödənilməsə idi müəssisənin özü bankın girovunda idi.

O, qeyd edib ki, müəssisə sonradan “Aqrarkredit” QSC-nin nəzarətinə keçib.

C.Hacıyev onun dediklərini təsdiqləyib.

“Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin “Aqrarkredit”in nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir”- deyə C.Hacıyev qeyd edib. 

C.Hacıyev A.Cavadovun tələb yoldaşı olduğunu, ona güvəndiyini və onun fəaliyyəti dövründə bankın kredit borclarının ödənildiyini deyib. Sabiq bankir dostu ilə bağlı irəli sürülən 6 milyonluq mənimsəmə ittihamının cəfəngiyyat olduğunu bildirib.

C.Hacıyev silah ittihamının əsassız və qurama olduğunu deyib.

Məhkəməninin davamında 14 nəfər şahid qismində dindirilib. Onlar “İnter Security” mühafizə şirkətinin işçiləri olub. Onlar rəhbərlik tərəfindən bankda göndərildiyini və götürülən kreditlərdən xəbərsiz olduqlarını deyiblər. Həmin şəxslər rəhbərliyin göstərişi ilə banka gedib sənədlərə qol çəkdiklərini söyləyib.

Xatırladaq ki, sonuncu məhkəmə prosesində “İnter Security” şirkətinin rəhbəri olmuş İbrahim Hüseynov da ifadəsində həmin işçiləri banka özünün göndərdiyini və onların bu işdə heç bir günahının olmadığını demişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
380

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
337

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
271

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 09:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru