Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2016
10:45
Azərbaycan 2 milyard avro kredit istəyir

İyulda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupunun iclası keçirilib. FaktXəbər-in məlumatına görə, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında bildirib ki, iclasda Azərbaycanın xarici ticarət rejimi müzakirə olunub: "Artıq bizim hansı öhdəlikləri üzərimizə götürməli olduğumuz məsələlər üzrə sənədlərin hazırlanması prosesi gedir.

İclas kifayət qədər aktiv keçdi. Həm ABŞ, həm də Aİ tərəfdən çoxsaylı suallar var idi. Hələlik onların suallarını məktub şəklində gözləyirik. Danışıqların növbəti mərhələsi müvafiq agentliklərin həmin suallara nə zaman cavab verməsindən asılıdır, biz də öz düzəlişlərimizi edəcəyik. Düşünürəm ki, növbəti işçi qrupunun görüşünə gələn ilin ortasından tez hazır olmayacağıq".

Nazir müavini ikinci ciddi məsələ olaraq kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqları qeyd edib: "Biz onlara 2013-2015-ci illəri əhatə edən yeni cədvəl təqdim etmişik. Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir.

Biz hesab edirik ki ÜDM-in 10 faizini kənd təsərrüfatına istifadə edə bilərik. ÜTT yalnız 5 faizinə razıdır. Qazaxıstana isə onlar 8,5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkid etməyə davam edəcəyik. Biz indi onlardan kənd təsərrüfatının dəstəklənməsi üçün 1 milyard, işğalın başa çatmasından sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün də daha 1 milyard avro istəyirik.

Qazaxıstanla da ikitərəfli görüşlər keçirilib. Rusiya və Səudiyyə Ərəbistanı ilə isə əvvəl aparılan danışıqların davamı olaraq müzakirələr başlayıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2170

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru