Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2016
14:24
Vətəndaşlara kreditin verilməmə səbəbi düzgün izah edilmir

Maliyyə Bazarlarına Nəzarət Palatası kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermədikləri barədə kommersiya banklarına məktub göndərib.

Məktubda bildirilir ki, daxil olmuş müraciətlərin təhlili göstərir ki, banklar tərəfindən kredit üçün müraciət etmiş şəxslərə imtina Nəzarət Palatası tərəfindən təsdiq edilən qadağa ilə əlaqələndirilir və müştərilərə imtinanın səbəbləri barədə düzgün məlumat verilmir.

“Bildiririk ki, yeni prinsiplərə əsasən, xarici valyutada daşınmaz əmlak krediti istisna olunmaqla digər hallarda kreditlərin verilməsi qadağan olunmur. Kreditdən imtina müvafiq şərtlərə uyğun olmayan müraciətlər üzrə kreditlər verildiyi təqdirdə onun geri ödənilməsində problemlərin ortaya çıxa biləcəyi, bununla da bank kreditlərinin gələcəkdə keyfiyyətinin pisləşməsi ilə bankların dayanıqlığına neqativ təsiri, digər tərəfdən vətəndaşların borc yükünün artması nəticəsində onların sosial rifahının aşağı düşə biləcəyi ilə əsaslandırılmalıdır”, - deyə məktubda vurğulanıb.

Nəzarət Palatası banklara bu şərtləri işlərində rəhbər tutmağı tövsiyə edib.   

Xatırladaq ki, MBNP 4 may 2016-cı il tarixindən etibarən kredit təşkilatlarına sağıam kreditləşmə və məsuliyyətli borclanmaya dair yeni prudensial çərçivə tətbiq edib. Bununla borcalanın gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları nəzərə alınmaqla milli və xarici valyutada kreditlərin verilməsi şərtləri müəyyən edilib.

Qeyd edək ki, bu qərar 2012-2013-cü illərdə bankların aqressiv və kütləvi kreditləşmə siyasətinin qarşısının alınması üçün qəbul edilib. Üstəlik, bu qərar daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. Başqa sözlə, bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmamalıdır. Ekspertlər hesab edirlər ki, bu tələblərə əməl olunması bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq və son nəticədə bankların dayanıqlığı təmin olunacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru