
Dəhşətli faciə nəticəsində itkin düşən 17 neftçinin axtarışları dayandırılsa da, onların ölmüş sayılmaları hələ məlum deyil. Çünki bu barədə rəsmi məlumat verilməyib.
İtkin neftçilərin ailələrinə yardımların edilməsi barədə də dolğun məlumat yoxdur. Eyni zamanda onların bəzilərinin ailə üzvlərinin aşağı maaşla işə götürülməsi narazılıqlar yaradıb ki, bu hal hələ də davam edir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, qanunla itkin neftçilər iyun ayından ölmüş sayılırlar: "Bildiyimiz kimi, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Günəşli" yatağının 10 saylı stasionar Dərin Dəniz Özülündə şiddətli yanğın baş verdi. Nəticədə ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 14 nəfər işçinin həyatına son qoydu, 17 nəfər neftçi itkin düşdü, 32 nəfəri isə müxtəlif xəsarət və psixoloji təsir alıb. Təşkilatımıza daxil olan məlumata görə, bir nəfər 1-ci qrup əlil olub. Bu və ya digər bu tipli faciələr işəgötürənin mövcud qanunvericiliyi pozduğu üçün baş verib. Mülki Məcəllənin müvafiq maddələrinə görə, 4 dekabr 2015-ci ildə itkin düşmüş neftçilər iyun ayından artıq ölmüş sayılmalıdır.
Qanunvericiliyin 41.1-ci maddəsində göstərilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla əlaqədar təşkilatımıza müraciət edən itkin ailələrinə məlumat verilib. Və düşünürəm ki, itkin düşmüş neftçi ailələrinə onlar üçün ağır olan bu prosesin aparılması üçün şirkətin hüquq departamenti tərəfindən müvafiq hüquqi yardım olunacaq. Təşkilatımıza qəza nəticəsində həlak olmuş ailələrə kompensasiyanın verilməsi ilə əlaqədar şikayət daxil olmayıb. Sadəcə, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov "Günəşli” yatağındakı qəzadan sonra hadisədə həlak olanların ailələrinə və əmək qabiliyyətini itirənlərə sığorta ödəniləcəyi ilə əlaqədar açıqladığı böyük məbləğlər çaşqınlıq yaradıb. Şirkət həmin ailələrə müəyyən yardımlar edib. Lakin əsas narahatlıqlar ailə üzvlərinin işlə təmin olunması və yaşayış problemidir. Ailə başçısı olan neftçilərin ailəyə gətirdiyi 1500-1800 məbləğində aylıq əməkhaqqını yardımlar əvəz edə bilmir. Çünki həlak olmuş neftçi ailəsi aşağı əmək haqla, 300-400 manat civarında işlə təmin olunur. Onların içərisində kirayədə yaşayan ailələr var. Bununla əlaqədar şirkət rəhbərliyinə müraciət olunsa da, onlar bunun qanun "pozuntusu” olacağını qeyd etdilər. Düşünürəm ki, əsl qanun pozuntusu bu insanların həlak olmasına səbəb olan qanun pozuntusudur. Təşkilata daxil olan şikayətlər isə məhz qeyd etdiyim bu problemlərlə əlaqədar olub".
M.Qəhrəmanlı axtarışların fevral ayından dayandırıldığını da qeyd etdi: "Axtarışlar bizim müşahidəmizə görə hələ fevral ayından dayandırılıb. Türkmənistan ətrafında tapılan cəsədlər axtarış nəticəsində yox, təsadüfi tapılanlardır. Ən pisi isə odur ki, hələ də Hökumət Komissiyasının rəyi cəmiyyətə açıqlanmayıb. Baş verən hadisələrə (həmin gün Neft Daşlarında da üç nəfər həlak olub) heç kim günahlandırılmayıb və cəzalandırılmayıb”.
Xatırladaq ki, "Günəşli” yatağında yanğın ötən il dekabrın 4-də baş verib. Hadisə zamanı platformada 63 nəfər olub. Onların 33-ü xilas edilib.(musavat.com)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi