Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2016
20:13
1086
Ağsu dolaylarında baş verən meşə yanğınları davam edir

Ağsu və Şamaxı rayonlarının dağlıq və meşə ərazisində baş verən güclü yanğın daha da geniş ərazini əhatə edib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu dolaylarında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ağsu, Şamaxı, Kürdəmir, Göyçay, İsmayıllı və Qobustan rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub. Yanğın hadisəsi yüksək dağlıq ərazidə baş verdiyi üçün hadisə yerinə yanğınsöndürən avtomobillərin yaxınlaşması mümkün olmayıb. Yanğınsöndürənlər əl əməyindən istifadə edərək alovun qarşısını almağa çalışırlar.

 

Məlumata görə bu gün saat 12:30 radələrində başlayan yanğın hal-hazırda davam edir. Şamaxı rayonunun Şərədil kəndi ərazisində naməlum səbəbdən başlayan meşə yanğınları getdikcə Ağsu ərazisinə keçib. Ərazidə havanın küləkli olması qısa vaxtda alovun daha da genişlənməsinə səbəb olub. Yanğınsöndürənlər Ağsu dolaylarındakı meşəlik əraziləri, yaxınlıqdakı otel və istirahət mərkəzlərini alovdan mühafizə etməyə çalışırlar.

 

Hadisə zamanı ilkin məlumata görə 5 hektar sahədə meşə ağacları, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.  

Məqalədə : meşə Ağsu yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
214

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1830

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
366

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1291

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
435
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 01:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru