Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2016
13:10
`Yürüş, mitinq, piketlərin keçirilməsinə imkan verilməyəcək`

“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək. Referendum ərəfəsində razılaşdırılmamış yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK)  tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə “Referendum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və vəzifəsi” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O. Zalov bildirib ki, bu prosesə xələl gətirmək istəyənlərə heç bir imkan tanınmayacaq: "Seçki komissiyalarının müraciətindən 10-15 dəqiqə sonra polis orada olacaq. Qeydə alınmış təşviqat qrupları ayrılmış açıq və qapalı yerlərdə öz təşviqatını aparacaq. Referendum günü isə seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq”.

  

O. Zalov qeyd edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır: “Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Hazırda ciddi heç bir problem yoxdur”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
519

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
424

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
652

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
506

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 13:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru