Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2016
10:28
Qafqazın ƏN QƏDİM məbədi tapılıb - Cəlilabadda

Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə  qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. Onun sözlərinə görə, ərazidə aparılan qazıntılar zamanı  müxtəlif  mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb. Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda  ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər.

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun qənaətincə,  kül qalıqları burada dini ayınlərin icra olunması zamanı odundan istifadə olunduğunu göstərir.

Qazıntıların nəticəsi olaraq ərazidə məbəddən əlavə, bir uşaq, bir böyük qəbri aşkar olunub.

Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayış məskənində 6-cı mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümunələr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
202

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
185

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
176

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
195

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
197

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
311

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
306

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
313

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 21:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru