Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2016
11:38
Son 5 ildə Azərbaycanda vərəmə yoluxma azalıb - RƏSMİ

Bu gün Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə dair “Dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova bildirib ki, son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meyilləri müşahidə edilir: “Vərəm – əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir. 1993-cü ildə ÜST vərəm xəstəliyinin yayılmasının qarşısının alınması və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması məqsədilə dünyada gərgin epidemioloji vəziyyət elan etmiş, bu xəstəliyə qarşı bütün ölkələrə  birgə mübarizə aparmağı tövsiyə edilib. Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyəti qarşısında 2050-ci ilədək vərəmin yayılmasını qeyri əhəmiyyətli səviyyəyə çatdırılması vəzifəsini qoyur. Lakin buna nail olmaq üçün həm səhiyyə sistemləri, həm də bütün dünya ölkələrinin hökumətləri tərəfindən ciddi səylər tələb olunur”.

 

Azərbaycanda vərəmin aktual problem olduğunu deyən I. Axundova vurǧulayıb ki,  statistik məlumatlara əsasən son illərdə respublikada xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur: “Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində ETACXİ-nun nəzarəti altında respublikada epidemiloji vəziyyəti xarakterizə edən vərəm xəstəliyinə dair statistik göstəricilər toplanaraq analiz olunur. Belə ki, son 5 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2010 ildə 100 000 əhaliyə 53,5-dən 2014 ildə  100 000 əhaliyə 41,3-yə dək azalma)  müşahidə olunur. Bu da öz növbəsində vərəm üzrə işin yaxşı təşkilindən xəbər verir. Epidemioloji vəziyyəti xarakterizə edən əlavə gostəricilərdən biri də  ilkin aşkar olunmuş vərəmli xəstələr arasında ayri-ayri kliniki formalar üzrə xəstələnmədir.  Ağ ciyər vərəminin strukturuna nəzər salsaq, ümumilikdə ölkə üzrə ocaqlı (erkən) vərəm formalaranın artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur. Bu da öz növbəsində əhalinin, əsasən də risk qruplarının aktiv aşkarlanma üsullarına aktiv cəlb olunması, erkən aşkarlanmanın yaxşı aparılması ilə əlaqədardır. Epidemioloji prosesin gedişini təyin etmək üçün cari ildə ilkin xəstələr arasında 0-14 və 15-17 yaş qruplarında xəstələnən uşaqların payı hesablanılır. Son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması (21,45-dən 14,3-dək ) müşahidə olunur. Bu birtərəfli tendensiya ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir. (Lent.az)

Məqalədə : vərəm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4503

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3613

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5316

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6591

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5076
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 16:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru