Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2016
09:36
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi başa çatıb

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb.
 
Bildirilib ki, iştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.
 
Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
 
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər.
 
Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək.
 
Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54176

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52284

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53734

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53469

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58838

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53119

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53518
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 23:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru