Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2016
11:12
8 avqust – Beynəlxalq Oftalmoloqlar Günüdür

Bütün dünyada avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Oftalmologiya şöbəsi peşəkar idarəetmə və yüksək ixtisaslı tibb personalı ilə müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət təklif edir.

Uzunmüddətli daxili təlimdən keçən, beynəlxalq təhsilə və böyük iş təcrübəsinə malik olan tibbi heyət öz işində yüksək keyfiyyətli tibbi yardımı layiqli xidmət səviyyəsi ilə uyğunlaşdırmağa hazırdır.

Peşəkar həkim-oftalmoloqlarımız ən müasir avadanlıqların köməyilə görmənin vəziyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikasını aparırlar. Görmə orqanının xüsusiyyətlərini tədqiq etdikdən sonra görməni saxlamağa və hətta onu bərpa etməyə kömək edən müalicə təyin edirlər. Həmçinin inkişaf etməkdə olan kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

Vaxtaşırı göz müayinəsindən keçməyi unutmayın! Görmənizdə problem varsa, bizə müraciət edin! Peşəkar və təcrübəli mütəxəssislərimizə nə qədər tez müraciət etsəniz, sizə göstərilən yardım da o qədər effektli olacaq və siz o qədər də yaxşı görəcəksiniz! (Trend)

Məqalədə : oftalmoloq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
265

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru