Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2016
16:29
Okeanın dibində və kosmosda da olan piramidaların daha bir MÜƏMMASI

Onlar doğrudanmı, kosmik enerjinin toplanması üçün vasitə, yaxud informasiya ötürücüləri idilər?

Ehramlara və piramidaları xatırladan qədim tikililərə dünyanın hər yerində rast gəlinir. Mütəxəssislərin fikrincə, onları okeanın dibində və hətta kosmosda tapmaq olar. Eyni zamanda alimlər qədim inşaatçıların bu tikililəri hansı məqsədlə inşa etməsi barədə birmənalı rəyə gələ bilmirlər.

Akademik rəyə əsasən, piramidalar ya hökmdarların sərdabələrı, ya da dini ibadət obyektləri olub. Bəzi alimlərin fikrincə, bu cür tikililər qədim qəbuledicilər — məlumat ötürücüləri ola bilərdi.

Piramidaların qədim elektrostansiya olması fərziyyəsi də var. Müasir elmin qəbul etmədiyi alimlər arasında Yer kürəsinin müxtəlif guşələrində yerləşən piramidaların kosmik enerjinin toplanması üçün linza olması və planetin maqnit sahəsinin sabitləşdirilməsində bu enerjidən istifadə olunması fərziyyəsi geniş yayılıb.

Piramida formasındakı tikililər Misirdə, Mərkəzi Amerikada, Afrikada, Asiyada, hətta Avropada var. Belə tikililərə hətta Uralda, Altay dağlarında və Krımda rast gəlmək mümkündür.

Alimlərin fikrincə, piramidaların konstruksiyası onu deməyə əsas verir ki, onlar müxtəlif informasiyaları qəbul edirlər, yaxud da ötürürlər.

Onlar hesab edirlər ki, piramidalar hətta Yer və kosmos arasında enerji akkumulyatorları rolunu da oynaya bilərdilər. Bu isə planetin maqnit sahəsini stabilləşdirmək baxımından önəmlidir.

Məhz bu cür ehtimallar bir çox hallarda qədim dövrlərə aid olan piramidaların yad planetlilər tərəfindən inşa olunduğu barədə firikləri də ortaya çıxarır. Misir ehramlarının tədqiqatçıları onların inşa olunduğu dövrdəki ibtidai texnika və materiallarla, özü də insan əli ilə tikilməsini qeyri-mümkün hesab edirlər.

Piramidaların sirrinin açılmaması onların memarlarının başqa planetlərin sakinləri olduğuna dair mülahizələri ortaya çıxarır. (Sputnik)

Məqalədə : piramida elm kosmos sirr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
160

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 12:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru