Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2016
11:15
Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib

Suriyanın Dəməşqdən sonra ikinci ən böyük şəhəri Hələb hazırda dağıdılmış qarışqa yuvasına oxşayır. Terrorçular düşdükləri mühasirəni yarmaq uğrunda səy göstərirlər. Mütəxəssislərin qənaitinə görə hökümət güvvələrinə Hələbi azad etmək üçün 2 ay vaxt lazım olacaq.

Suriyadakı müharibədən öncə Hələb ölkənin iqtisadi və strateji mərkəzi sayılırdı. 2 milyon əhalisi olan şəhər müharibənin ilk illəri Bəşər Əsəd ordusunun tam nəzarətində olub.

Əgər bir neçə ay öncə azad edilən Palmira şəhəri səhraya nəzərət etmək üçün əsas açar rolunu oynayırdısa, Hələb də ölkənin şimal hissəsinə nəzarət edilməsindən ötrü strateji məntəqədir.

Son məlumatlara əsasən, şəhərin 2/3 hissəsi ordunun nəzarətindədir. Hərbi əməliyyatlar şəhərin cənub və şimal-şərq hissəsində aparılır. 

Döyüşə 13 min hərbi qulluqçu, zirehli texnika və artileriya cəlb olunub. Hərbi Hava Qüvvələrinin havadan köməkliyi ilə şəhərə silah-sursat və ərzaq yardımı çatdırılır.Qarşı tərəfdən isə 8 min terrorçu, onlarla ağır texnika və tank da daxil olmaqla 50 ədəd artileriya qurğusu istifadə olunur.Yerli mənbələr bildirir ki, ekstremistlər mühasirəyə düşmüş əqidədaşlarına kömək etmək üçün Hələbə axışır. 

Rusiyalı hərbi ekspert Viktor Muraxovski hadisələrin ordunun xeyrinə dəyişməsini təsadüfi saymır. Mütəxəsis qeyd edir ki, terrorçuların irəliləyiş cəhdlərinin intensivliyi zəifləyib: "Suriya ordusunun tədricən həyata keçirdiyi sıxışdırma əməliyatı radikal güvvələrin hərəkətini qıfılladı. Düşünürəm ki, mühasirəni yarmaq acizliklərini terrorçular da başa düşür. Lakin istənilən halda şəhərin təmizlənməsi bir müddət vaxt aparacaq ".

Əməliyatların növbəti mərhələsindən danışan ekspert, hökümət güvvələrini hadisəni sürətləndirməyəcəyini, geri alınan mövgelərdə möhkəmlənib, tədricən, məhəllə-məhəllə azad etmək yolunu tutacaqlarını vurgulayıb : "ABŞ və müttəfiqləri münaqişəyə müdaxilə edərlərsə, proses uzana bilər. Türkiyəni də yaddan çıxarmaq olmaz. Aparılan əməliyyatların uğurlu alınması onları hiddətləndirə bilər. Bəşər Əsəd və Rusiyaya təziq göstərilməsi qaçılmaz olacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
248

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
206

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
250

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
279

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
236

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
416
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 01:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru