Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2016
14:11
Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək

Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması prosesi orta müddətdə davam edəcək. Dolların bahalaşmasının bir neçə səbəbi var. Bunlardan birincisi Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olması ilə bağlıdır. Belə ki, hazırkı iqtisadi şəraitdə Azərbaycanın ildə 5 mlrd. dollardan çox dəyərdə idxal mallarına ehtiyac duyur. Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 mlrd. dolları üstələyirdi, baş verən devalvasiyalar isə idxalın həcmini əhəmiyyətli şəkildə azaldıb. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) həftədə 100 mln. dollarlıq valyuta kütləsini hərracda satışa çıxarması illik valyuta satışının 5,2 mlrd. dollar həcmində olması deməkdir. Bu qədər valyuta birbaşa idxal tələbatının qarşılanmasına xərclənir.

Valyuta tələbinə təsir edən digər amil bankların və bir sıra böyük şirkətlərin xarici kredit borcları ilə əlaqəlidir. Qeyd edək ki, Azərbaycandakı kommersiya banklarının xarici borcları iyunun 1-nə 6,7 mlrd. manat və ya 4,2 mlrd. ABŞ dolları təşkil edir. Bu borcun əksər hissəsi qısamüddətli olduğundan, kommersiya banklarının xarici valyutaya tələbinin orta müddətdə davam etməsi gözlənilir.

Dollara tələbi artıran daha bir amil isə ümumiyyətlə əhalinin son aylarda məzənnənin artması səbəbindən dollara yaranan təbii tələbidir. Bununla yanaşı, lisenziyası ləğv edilən banklardakı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsasən yerli valyutada geri ödənilir  və bu vəsaitlərin əksər hissəsinin xarici valyutaya (əsasən dollara) çevrilməsi  valyutaya tələbatı artıracaq.

Bundan başqa, dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb. Neft qiymətlərinin bundan əvvəlki kəskin azalmalarda devalvasiya ilə nəticələnməsi bu valyutaya tələbi hər zaman ən azından sabit saxlayacaq.

Dolların məzənnəsi ilin sonuna qədər artım tendensiyasını qoruyacaq və rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə qədər yüksələcək. Nağd valyuta bazarında isə dolların 1,80 AZN/USD-yə qədər artması ehtimal edilir. Dolların məzənnəsinin sabitləşməsi ancaq ARDNF-nin valyuta hərracına 300-500 mln. dollar vəsait çıxarması ilə mümkün ola bilər. Lakin bu, müvəqqəti sabitliyin yaranmasına səbəb olacaq. Neft qiymətlərinin kəskin artımı baş verməsə, dolların ucuzlaşması mümkün görünmür.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
180

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru