Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2016
11:54
Təhsil nazirindən müəllimlərlə bağlı ƏMR

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrdə bildirilib ki, müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

16-18 iyun tarixlərdə keçirilmiş müsabiqənin 2-ci mərhələsində-test imtahanında 1621 nəfər iştirak edib, imtahanların nəticəsinə görə 345 nəfər yekun mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin) rəhbərlərinə tapşırılıb ki, müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərin sənədlərini yoxlayıb, sentyabrın 15-dən onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər,  əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.

Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin rəisləri mövcud qanunvericiliyin tələbləri gözlənilməklə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) iş yerini dəyişənlər üçün nəzərdə tutulan ödənişlərin həyata keçirilməsini təmin etsinlər. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru