Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2016
10:44
Bu il 261 yeni dərslik və müəllimlər üçün metodik vəsait çap olunacaq

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında əmr imzalayıb.
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrin məqsədi dövlət ümumi təhsil müəssisələrinin I, II, III, IV, V, VII, IX sinifləri üçün yeni çap olunan 261 adda 6623135 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlərin istifadəçilərə çatdırılmasının, eləcə də I-XI sinif şagirdlərinin bütün dərsliklərlə təminatının səmərəli təşkilini və bu sahədə nizam-intizamı təmin etməkdir.
 
Əmrə əsasən, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən 5 avqust tarixədək təhvil verilən dərslik və müəllim üçün metodik vəsaitlərin Təhsil Nazirliyinin bölgüsü əsasında Naxçıvan MR Təhsil Nazirliyinə, bütün şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə), nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə avqustun 15-dək çatdırılmasını təmin etməlidir.
 
Naxçıvan MR Təhsil Nazirliyinə və bütün şəhər təhsil idarələrinə tapşırılıb ki, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yerlərə çatdırılmış dərslik və müəllim üçün metodik vəsaitlərin təhvil-təslim məsələlərinin operativ həllini, uçotunu və təhsil müəssisələri üzrə bölgüsünün hazırlanmasını, qəbul edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin alındığı tarixdən 10 təqvim günü müddətində yerli təhsil müəssisələrinə çatdırılmasını, ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin kitabxana fonduna daxil edilməsini və idarə olunmasını həyata keçirilməsini, 1 sentyabr tarixinədək dərsliklərin şagirdlərə çatdırılmasını, ümumtəhsil müəssisələrində yarana biləcək dərslik və müəllim üçün metodik vəsaitlərin çatışmazlığını digər yerli təhsil müəssisələri hesabına ödənilməsini, bununla bağlı sənədləşmə işlərini, yerli ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin təminatı ilə bağlı yekun vəziyyəti və əsaslandırılmış əlavə tələbatı əks etdirən müraciəti 5 sentyabr tarixinədək [email protected] elektron ünvanına göndərilməsini təmin etsinlər.
 
Əmrin icrasına nəzarət nazir müavininə Ceyhun Bayramova tapşırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 23 dəfə pozulub

06

Dekabr
10:15
HƏRB
135

ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda

06

Dekabr
10:00
BÖLMƏNİ DÜZ SEÇ!
211

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
350

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
322

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
601

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
384

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
319
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 10:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru