Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2016
15:16
Büdcədəki kəsir nə qədər qorxuludur?
İqtisadçı professor Fikrət Yusifov yazır

Maliyyə nazirliyi bu günlərdə Dövlət büdcəsinin 2016-cı ilin birinci yarısında icrası barədə hesabat açıqlayıb. Hesabata əsasən yarım il ərzində Dövlət Büdcəsinə proqnozla nəzərdə tutulduğundan 21.1% və ya 687,7 milyon manat az vəsait daxil olub. Nazirliyin açıqladığı hesabatdan sonra büdcənin gəlirlərində yaranmış bu vəziyyəti cəmiyyətə az qala ölkədə maliyyə kollapsı kimi təqdim etmək istəyənlər tapıldı. Gəlin görək büdcənin icrasındakı mövcud durumu bu qədər dramatikləşdirməyə ehtiyac varmı? Bunun üçün rəqəmlərin dili ilə danışıb, məsələyə tam aydınlıq gətirməyə çalışaq. Qoy oxucularımız da əsl reallığın nədən ibarət olduğunu arqumentlərlə və faktlarla görə bilsinlər. 

Nədənsə Dövlət büdcəsinin gəlirlərində cari ilin birinci yarısında yaranmış kəsiri görənlər ölkənin büdcə sistemindəki başqa bir pozitiv vəziyyəti - Dövlət büdcəsini, Naxçıvan Muxtar Respublikasının büdcəsini, Dövlət Neft Fondunun və Dövlət Sosial Müdafiə Fondunun büdcələrini özündə birləşdirən İcmal Büdcənin gəlirlərinin, onun xərclərindən 1 milyard 37 milyon manat çox olduğunu “görə bilməyiblər” və ya görmək istəməyiblər. Əslində, hesabat dövründə dünya bazarlarında neftin qiymətləri orta hesabla 40 dollardan artıq olduğu və büdcədə neftin qiymətləri bir barel üçün 25 dollar nəzərdə tutulduğu bir vəziyyətdə, Dövlət Neft Fondu büdcəyə daha çox vəsait köçürməli idi. Bəs necə olub ki, Fond hesabat dövründə nəzərdə tutulan vəsaitin yalnız yarısına qədərini Dövlət Büdcəsinə köçürə bilib? Bunun səbəblərini aydınlaşdırmağa çalışaq. Neft Fondu neftin satışından vəsaitləri xarici valyutada - əsasən ABŞ dolları ilə əldə edir, onun büdcə qarşısındakı öhdəlikləri isə manatla həyata keçirilir. Deməli bu öhdəlikləri yerinə yetirmək üçün Fond neftin satışından əldə etdiyi xarici valyutanı ilk öncə valyuta bazarına çıxarmalıdır. Xarici valyutanı bazara çıxarmaqla Fond təkcə büdcə qarşısında öhdəliklərinin yerinə yetirmir, o, bununla eyni zamanda valyuta bazarında əsas iştirakçılardan biri kimi bazara təsir etmək imkanlarına sahib olur. Valyuta bazarında vəziyyətin tənzimlənməsi, manatın idarə olunan üzən məzənnəyə keçdiyi bir şəraitdə mühüm məsələdir. Buna görə də Neft Fondunun valyuta bazarına çıxışında təkcə büdcəyə ödəniş deyil, eyni zamanda, manatın məzənnəsi ilə bağlı bəlli bir siyasətin reallaşdırılması zərurəti də yaranır. Digər tərəfdən, Maliyyə Nazirliyi yaranmış böhranlı vəziyyətdə xərclərə maksimum qənaət rejimi tətbiq etdiyindən, Fonddan ayrılmalı olan vəsaitin bir qismi də ona maliyyələşdirdiyi müdafiə olunan xərcləri bağlamaq üçün kifayət edir. Ona görə də bu addımları bütövlükdə ölkədəki maliyyə sabitliyinin təmin olunmasına hesablanmış bir addımlar kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən, Neft Fondundan vəsaitlərin Dövlət büdcəsinə tam köçürülməməsi hesabına yaranmış kəsirdən faciə düzəltməyə ehtiyac yoxdur. Bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində Hökumət və Mərkəzi Bank vəsaitlərdən, xüsusilə valyuta vəsaitlərindən maksimum qənaətlə və tam səmərəli istifadə etməyə və bu zaman milli valyutanın sabitliyi üçün bütün mümkün olan addımları atmağa borcludurlar. Barəsində danışdığımız bu addım da həmən sıradan olan addımlardan biridır. 

Bəs yarım ilin Dövlət büdcəsi Dövlət Neft Fondundan köçürmələr nəzərə alınmadan necə icra olunub? Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri onu təmin edən iki orqan – Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən artıqlamasilə yerinə yetirilib. Vergilər Nazirliyi proqnozlara 102% əməl etməklə, Dövlət büdcəsinə 3190,1 milyon manat vəsaitin daxil olmasını təmin edib. Bu vəsaitin 77,8 faizi və ya 2481,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 242,7 milyon manat və ya 10,8 faiz çoxdur. Dövlət Gömrük Komitəsi isə proqnoza 118,2 faiz əməl edərək, dövlət büdcəsinə 995,4 milyon manat vəsaitin daxil olmasını təmin edə bilmişdi ki, 2015-ci ilin ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 30,1 faiz və yaxud 230,4 milyon manat çoxdur. 

Beləliklə, büdcəyə əsas vergi yığan iki qurum üzrə proqnozların keçən ilin müvafiq dövrü ilə müqayisədə belə kifayət qədər üstün icra olunduğu göz qabağındadır. Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan daxilolmaların keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artımı isə son bir ilə qədər vaxt ərzində bu sektorun inkişafı istiqamətində hökumətin apardığı sürətli islahatlar nəticəsində mümkün ola bilmişdi. Beləliklə, Dövlət Büdcəsinin gəlirlərinin kəsirlə icrasının səbəbi Dövlət Neft Fondundan yarım il üçün proqnozlaşdırılan vəsaitlərin nəzərdə tutulduğundan az daxil olmasıdır. Bu amil nəzərə alınmasa, büdcə uğurla icra olunub. Fonddan nəzərdə tutulan vəsaitlərin tam alınmaması isə vəsait çatışmazlığı səbəbindən deyil, büdcə xərclərinə ciddi qənaət olunduğu bir şəraitdə ölkənin maliyyə sistemi üçün daha bir önəmli vəzifənin – manatın sabitliyinin qorunub saxlanması vəzifəsinin həllinə qismən dəstək vermək məqsədilə edilib. 

Fikrət Yusifov 

İqtisadi elmləri doktoru, professor

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
270

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru