Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2016
10:28
`Kurtlar Vadisi`ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO

Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdindən sonra yaxalanan bir çox yüksək çinli Fətullahçı Terror Təşkilatı (FETÖ) əməkdaşlarının üzərindən 1 dollarlıq əskinaslar çıxdı.

"KURTLAR VADİSİ"NDƏ TAPINAKÇILARIN 1 DOLLARI

FaktXəbər-in məlumatına görə, FETÖ-çuların üzərilərində və evlərində olan bu əskinaslar "Kurtlar Vadisi Pusu"nun 2 il əvvəl yayımlanmış 202-ci bölümündəki 1 dollar səhnəsini göz önünə gətirir.

Sözügedən səhnədə Cahit və Poladın bacısı Safiyə bir tapınakçıya aid, digərlərindən fərqli, xüsusi 1 dollar tapmışdı. Safiyə bu əskinası xaricdən çox etibar etdiyi müəlliminə internet vasitəsi ilə göstərmiş və şifrəsini açmağa çalışmışdı.

ƏSKİNASIN ÜZƏRİNDƏKİ YAZILAR VƏ RƏQƏMLƏRDƏ SEHRLİ ŞİFRƏ

Əskinasın üzərindəki yazılar və rəqəmlərdən yola çıxan Safiyə, kompüterin internet axtarış bölməsinə bu şifrə ilə daxil olaraq, sözügedən tapınakçıya aid bir səhifəyə daxil olmuşdu. Ancaq o səhifədə da qarşısına ayrı bir şifrələmə sistemi çıxmışdı. Ssenariyə görə, Tapınakçılar bu sistem vasitəsilə qeydlərini saxlayır və sistemi xəbərləşmə vasitəsi kimi istifadə edirdilər.

FETÖ-çulardakı 1 DOLARLAR

General rütbəli olanlar, o cümlədən Türkiyə Silahlı Qüvvələrindəki bir çox FETÖ-çu zabitin üzərində olan 1 dollarların təşkilat daxilində bir parol və ya şəxsiyyət vəsiqəsi kimi istifadə edildiyi bildirilir.

Ancaq FETÖ-çularn 1 dolarlarının paroldan başqa, fərqli bir elektron sistemə giriş açarı, ya da xəbərləşmə vasitəsi kimi istifadə edib-etmədiyi hələlik məlum deyil.

Məqalədə : Kurtlar Vadisi FETÖ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
260

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
221

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
266

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
299

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
261

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
441
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 03:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru