Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2016
17:14
“Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
Ərdoğan indi Obamanın qrupunun var gücü ilə örtməyə çalışdığı qapını yenidən açır

“Global Research” yazarı Mike Whitney Türkiyədə həyata keçirilən dövlət çevrilişi cəhdi və regionda baş verən prosesləri analiz edib. FaktXəbər oxucularına maraqlı olacağını nəzərə alıb, həmin məqaləni təqdim edirik. 

Türkiyədəki uğursuz çevriliş cəhdi geosiyasi mənzərəni bir gecədə dəyişdirərək, Ankaranı yenidən Moskvaya yaxınlaşdırdı və Vaşinqtonun Yaxın Şərq xəritəsini yenidən çəkmək planını pozdu. Böyük sxem içində, dövlət çevrilişini Türkiyənin güc sahibi liderinin edib-etmədiyi çox da əhəmiyyətli deyil. Həqiqət, bu hadisənin onun ölkə içindəki hakimiyyətini konsolidasiya edərkən Vaşinqtonun həlledici resursları və Qətərdən Avropaya gedən boru xətti dəhlizlərinə nəzarət planlarını müvəffəqiyyətsizliyə düçar etməsidir. Obama rəhbərliyinin müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına əhəmiyyət verməməsi, Türkiyə prezidentini Moskvanın düşərgəsinə itələdi və Vaşinqtonun yeni əsrdə qlobal ağalığını davam etdirmək üçün ehtiyac duyduğu, Avropa və Asiya arasındakı həlledici quru körpüsünü "yandırdı". Vaşinqtonun Asiyaya keçid yaratmaq, Rusiyanı mühasirəyə almaq və parçalamaq, Çinin inkişafını nəzarət altına almaq və qlobal güc üzərindəki dəmir pəncəsini qorumaq planları indi darmadağın olub. Son bir neçə günün hadisələri hər şeyi dəyişdi.

"Türkiyənin Rusiya qarşısındakı dəyişən ritorikası eyni zamanda Ankaranın Suriya münaqişəsi ilə bağlı yerinə yetirilməmiş gözləntilərinin birbaşa nəticəsidir. Türkiyənin ABŞ-ın Suriyadakı siyasəti qarşısında ümidsizliyi getdikcə artdı - xüsusilə də Vaşinqtonun Suriyada Xalq Müdafiə Dəstələri (YPG) üzvü olan kürd döyüşçülərə verdiyi dəstəyə görə. Ankara bu qrupu PKK terror təşkilatının bir müttəfiqi kimi görür". ("Daily Sabah", 12 iyun).

(Rusiya-Türkiyə münasibətlərində dəyişiklik: Bu necə yaxınlaşmadır? - Ceymstaun Fondu)

Obama ortaya çıxmaqda olan fiaskoya görə yalnız özünü günahlandıra bilər. Ərdoğan Türkiyənin "qırmızı cizgiləri" haqqında tamamilə açıq idi və bunlardan ən əhəmiyyətlisi kürd dəstələrinin Fəratın qərbinə keçməsinin və Türkiyənin cənub sərhədinin Suriya tərəfində sərhəd dövləti qurmasının qarşısının alınmasıdır. Məhz Ərdoğanın bir neçə ay əvvəl hadisələr haqqında verdiyi şərh:

"Hazırda ciddi bir layihə var, Suriyanın şimalında plan həyata keçirilir. Bu layihədə və planda isə "dost" kimi görünənlərin hiyləgər əməlləri var. Bu çox açıqdır, buna görə dəqiq açıqlamalar verməliyəm".

Obama Ərdoğanın təhlükəsizlik qayğılarını müzakirə etmək əvəzinə, ABŞ-ın Şərqi Suriyada, daha sonra Qətərdən Avropaya gedəcək boru kəməri yolları kimi istifadə ediləcək şəkildə bazalar qurmaq və torpaqları ələ keçirmək məqsədi ilə onu bir kənara itələdi. Təbii olaraq Ərdoğan qarşılıq verdi və Türkiyənin xarici siyasətini yenidən qurub, cənub tərəfində ortaya çıxmaqda olan kürd dövlətinin ortaya çıxardığı böyüyən təhdidlə mübarizə üçün köhnə düşmənləri (Rusiya, Suriya, İsrail) alyanslar qurmağa yönəlib. Türkiyənin, Amerikanın Suriyadakı yeni vəkil gücünün - YPG-nin PKK ilə əlaqəli olduğuna inandığını, bu təşkilatın isə ABŞ və AB-nin terror təşkilatları siyahısında olduğunu yadda saxlamaq lazımdır. Əgər Obama (YPG-ni istifadə etmək əvəzinə) ABŞ əsgərlərinin vuruşması əmrini versəydi, Ərdoğan qətiyyən bu reaksiyaları göstərməzdi. Ancaq Obamanın qəsdən, Türkiyənin ənənəvi düşmənlərini qərbə yönələn hərəkatda gücləndirməsi, Ərdoğanın səbrinin sonu deməkdir.

Ərdoğan üzr istəyir

İyun ayının sonunda Ərdoğan, ötən ilin noyabr ayında Türkiyənin Suriya torpaqları üzərində uçan bombardmançı təyyarəni vurması nəticəsində dünyasını dəyişən rus pilotun ölümü münasibətilə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib. Təyyarənin vurulması, Putinin Ankara ilə olan münasibətləri pozulmasına və iki ölkə arasında hər cür ünsiyyətin kəsilməsinə yol açmışdı. İyun ayının son həftəsində isə Ərdoğan Putinə, "həlak olan rus pilot üçün dərin rəğbətini və kədərini ifadə edən" məktub göndərdi. Bundan başqa, Rusiyanın "bir dost və strateji tərəfdaş" olduğunu və Türkiyə rəhbərlərinin onlarla olan münasibətləri pozmaq istəmədiyini əlavə edib. (Rusiyanın Su-24 təyyarəni vuran türk pilot 15 iyul dövlət çevrilişindən sonra həbs olundu).

Ağ Ev izah edilməz şəkildə ABŞ-ın bölgədəki ambisiyaları üçün açıq risk təşkil edən bu buzların əriməsi prosesi haqqında heç vaxt şərh vermədi.

Nə üçün?

Yalnız iki həftə əvvəl, Ərdoğanın Suriya hökuməti ilə münasibətləri normallaşdırmaq yönündə xəbərlər ortaya çıxmağa başladı. Bu xəbərlər Qərb media təşkilatlarının çoxunda yer almadı, ancaq "Guardian" qəzeti, "Türkiyənin Dəməşqlə münasibətləri normallaşdırmaq siqnalları verməsi suriyalı üsyançılarda şok təsiri yaratdı" başlıqlı bir yazı dərc etdi:

"Suriyadakı müharibə beş ili geridə qoyub. Bəşər Əsəd rəhbərliyinə qarşı müharibəyə ən çox yardım etmiş ölkə olan Türkiyə Dəməşqlə olan münasibətləri normallaşdırmağa işarə vuran məlumatlar verdi. Türkiyə baş naziri Binalı Yıldırımın səsləndirdiyi iddia, Ankaranın ev sahibliyi etdiyi Suriya müxalifəti liderliyində və uzun, mərhəmətsiz bir müharibədə Əsədi devirmək cəhdlərində Türkiyə ilə ittifaq qurmuş region liderlərində şok təsiri yaratdı.

"Mən Suriya ilə olan əlaqələrimizin normala dönəcəyinə əminəm", - deyən baş nazir Yıldırım, davamlı olaraq "rejim" çağırışı edən rəsmi ssenaridən xeyli uzaq dayandı: "Buna ehtiyacımız var. İsrail və Rusiya ilə olan əlaqələrimizi yaxşılaşdırdıq. Suriya ilə də normal münasibətlərə qayıdacağıq, əminəm". ("Türkiyənin Dəməşqlə münasibətləri normallaşdırmaq siqnalları verməsi Suriyalı üsyançılarda şok təsiri yaratdı", Guardian)

Bunun Ağ Evdə həyəcan zənglərini çalacağını düşünürdünüz, elə deyilmi? Nəticə olaraq əgər Türkiyə Dəməşqlə münasibətləri normallaşdırmaq istəyirsə, beş ildən daha uzun zamandır dəstəklədiyi müharibəni açıq şəkildə tərk etmiş və ABŞ-ın səyləri baxımından geniş nəticələri olacaq köklü bir siyasət dəyişikliyinin siqnallarını verir deməkdir. Amma Obamanın qrupu bu açıqlamaya hər hansı bir maraq göstərdimi, yaxud Ərdoğanı köhnə kursunda saxlamaq üçün hər hansısa səy göstərdimi?

Əlbəttə, xeyr. Vaşinqton əmrlər verir və hər kəsin hazır dayanıb, bunu qəbul etməsini gözləyir. Obama və tərəfdaşları Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid təşkil edə biləcək kürd dövlətinin yaranması kimi "xırda şeylər"dən narahat olmur. Bunun kimi "balaca" bir şeydən niyə narahat olsunlar ki? Onların idarə ediləcək bir imperiyaları var.

Sonra isə çevriliş cəhdi oldu. Bu arada, Ərdoğan Türkiyədə güclü olan Rusiya xüsusi xidmət orqanı agentləri tərəfindən xəbərdar edilmiş ola bilər. Putin Ərdoğana çevriliş haqqında məlumat vermək yolu ilə, Ərdoğanın bu yaxşılığa qarşılıq verməsini və NATO-nun Rusiyanı daha da çox əhatə edəcək və təhdid yaradacaq şəkildə Qara dənizdə daimi donanma yerləşdirmə planını bloklamasına ümid etmiş ola bilər. 

Hər halda Putin və Ərdoğan fərqliliklərini göstərdi və avqust ayının əvvəli üçün bir toplantı planlaşdırılıb. Başqa sözlə, Ərdoğanın çevriliş təşəbbüsündən sonra görüşməyi planlaşdırdığı ilk dünya lideri, yeni dostu Vladimir Putindir. 

Bazar ertəsi günü Moskva "Reuters"inin xəbərində əhəmiyyətli bir paraqraf var idi. Bu paraqraf Qərb mətbuatında yer almadı:

"MOSKVA (Reuters) - RIA informasiya agentliyi, Rusiya Baş nazir köməkçisi Arkadi Dvorkoviçin bazar ertəsi günü Rusiyadan Türkiyəyə gələn "Türk Axını" sualtı qaz kəməri də daxil olmaqla Rusiya ilə Türkiyə arasında birgə layihələrin hələ gündəmdə olduğunu və bu layihələrin gələcəyinin olduğunu dediyini bildirdi". (Rusiya Baş nazirinin müavini, Türkiyə ilə birgə layihələrin hələ də gündəmdə olduğunu dedi, Reuters)

Bu böyük bir hadisədir. Ərdoğan indi Obamanın qrupunun var gücü ilə örtməyə çalışdığı qapını yenidən açır. Bu, Vaşinqtonun Avropadan Asiyaya axan həyati əhəmiyyət daşıyan mənbələrə nəzarət etmək və bu resursların ödəmələrinin ABŞ dolları ilə həyata keçirmək istiqamətindəki səylərinə böyük zərbə deməkdir. Əgər müqavilə meyvə verərsə, Putin cənub dəhlizi üzərindən böyüyən Aİ bazarına daxil olacaq. Bu isə iki qitə arasındakı əlaqələri gücləndirəcək, enerji proseslərində rubl və avrodan istifadəni genişləndirəcək və Lissabondan Vladivostoka uzanan azad ticarət bölgəsi yaradacaq. "Sem əmi" isə kənardan durub izləyəcək.

Birdən birə Vaşinqtonun "ox sürüşdürmə" planı ciddi təhlükəyə düşmüş kimi görünür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
145

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
195

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
510

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
391

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
501

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 12:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru