Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2016
16:55
Azərbaycan ordusunda fətullahçılar varmı?

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra Azərbaycanda da Fətullah Gülənin “Hizmət” hərəkatına qarşı müəyyən addımlar atıldı. “Qafqaz” Universiteti bağlandı, Fətullah Gülənin yayımlanmayan müsahibəsinə görə ANS-in fəaliyyəti dayandırıldı. İndi Türkiyədə fətullahçıların Azərbaycan ordusuna da “sıçramış ola biləcəyinə” dair ehtimalları gündəmə gətirməyə başlayıblar. 

Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert, superhaber.tv saytının yazarı Mete Yarar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusuna təlim keçdiyini, azərbaycanlı hərbçilərin Türkiyə ali hərbi məktəbələrində təhsil aldığını nəzərə alaraq “potensial təhlükə” barədə xəbərdarlıq edib.

Mete Yarar bildirir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna təlim keçib. Hərbi personalın hazırlanması iki ölkə arasında hərbi əməkdaşlığın əsas komponentlərdən birini təşkil edib. “Həm Türkiyədə hərbi məktəblərdə, hərbi akademiyalarda təhsil alan azərbaycanlı zabitlər var, həm də Azərbaycandakı Ali Hərbi Məktəbdə dərs keçən, briqada komandiri, qərargah rəhbərliyi postlarını tutan Türk Silahlı Qüvvələri personalı var”-Mete Yarar superhaber.tv-yə bildirib. 

Ekspert deyib ki, hərbi çevriliş cəhdinə görə tutulan FETÖ-çülər ifadələrində təşkilat tərəfindən hərbi məktəblərə sızdırıldıqlarını etiraf ediblər. “Bu baxımdan bizim hərbi məktəblərə sızdığı bəlli olan virus Azərbaycan ordusuna da yoluxduruldumu? Türkiyədə 90-cı illərin sonlarında bu təşkilata bağlı zabitlər yetişdirilərkən Azərbaycanda da eyni şey ola bilərmi? Bu çevriliş cəhdi əcaba Azərbaycanda da yaşana bilərmi? Bu baxımdan Azərbaycan dövlətinin və ordusunun xəbərdar edilməsi yerində ola bilərmi?”-Mete Yarar sual edir. (Virtualaz.org)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
145

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
185

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
505

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
381

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
501

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 11:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru