Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2016
15:36
Nazirlik: Müəllimlərin məzuniyyət haqları tam maliyyələşdirilib

Ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərin məzuniyyət haqları tam həcmdə maliyyələşdirilib.

Bir sıra rayonlarda, o cümlədən Cəlilabad rayonunda müəllimlərin məzuniyyət pulunun verilməsində gecikmənin olması, bunun da guya maliyyə təminatında çətinliklərdən qaynaqlanması ilə əlaqədar xəbərlərlə bağlı Trend-in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərinin əməkhaqqı və məzuniyyət pullarının verilməsində heç bir gecikmə yoxdur və cari ilin 15 iyul tarixinə bu ödənişlər tam həcmdə maliyyələşdirilib.

“Təhsil işçilərinin məzuniyyət haqları Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər - rayon təhsil şöbələri və ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən aparılmış hesablamalara əsasən təqdim edilmiş sifariş və ödəniş sənədlərinə müvafiq olaraq tam məbləğdə ödənilib. O ki qaldı Cəlilabad rayonu üzrə ödənişlərə, bildiririk ki, təqdim edilmiş sifarişlər əsasında vaxtı-vaxtında maliyyələşmə aparılıb və rayon Təhsil şöbəsinin təqdim etdiyi arayışa əsasən pedaqoji işçilərə 2016-cı ilə üzrə əməkhaqqı və məzuniyyət haqlarına görə hər hansı borc yoxdur”, - deyə nazirlik bəyan edib.

Maliyyə Nazirliyi bir daha bildirir ki, tez-tez məqsədli şəkildə büdcənin icrasında, eləcə də sosial sahədəki xərclərin maliyyələşdirilməsində çətinliklərin olması ilə bağlı yayılan və heç bir əsası olmayan məlumatlar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.

Bununla yanaşı, Maliyyə Nazirliyi büdcədən vəsait ayrılması ilə əlaqədar hər hansı sualları olanlara mətbuat orqanlarında məsuliyyətsiz çıxışlar etmək əvəzinə məsələnin aidiyyəti qurumlarla, o cümlədən Maliyyə Nazirliyi ilə əlaqə saxlayaraq araşdırılmasını tövsiyə edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru