Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2016
10:50
İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?

Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Elşən Mustafaoğlunun işi üzrə proses keçirilir. İlk prosesdəcə E.Mustafaoğlu kifayət qədər ilginc açıqlama verib. 2014-cü ilin dekabrında Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olaraq  MTN tərəfindən həbsə alınan ilahiyyatçı deyib ki, onu 2 gün ərzində tamamilə qapalı şəraitdə saxlayıb, zülm eləyiblər. MTN-də məcbur ediblər ki, Milli Qəhrəman Rövşən Əkbərov və Şeyx Hacı Allahşükür Paşazadəyə qarşı ləyaqətsiz şeylər yazsın.

E.Mustafaoğlunun məhkəməsində açıqladığı bu məlumatlar əslində hakimiyyətdaxili mübarizənin təzahürləridir və bu mübarizədə hansı iyrənc metodlardan istifadə edildiyinin görünən tərəfidir.

Sabiq MTN rəhbərliyinin Allahşükür Paşazadəyə qarşı olması haqda mətbuatda ara-sıra məlumatlar yayılıb. Şeyxin qocaldığı, xəstə olduğu, müğənnilərlə əlaqələri kimi məlumatlar dövriyyəyə buraxılmaqla yeni şeyx axtarışlarına zəmin yaradılıb. Bu məsələ uzun müddət müzakirə mövzularından olub. MTN-in Rövşən Əkbərovla əlaqəli neqativ planda hərəkətdə olması, hakimiyyətə sadiq generala qarşı addımları da zaman-zaman diqqət cəlb edib. R.Əkbərovu ləkələyən məlumatlar dövriyyəyə buraxılmaqla onun gözdən salınmasına cəhdlər olub.

Yaxın keçmişdə baş verənlərin təhlili göstərir ki, Eldar Mahmudov ona biət etməyən, nəzarətindən kənar qala bilən və hakimiyyətdə təmsil olunan kadrların çıxdaş olunması istiqamətində illərlə iş aparıb. Mühüm dövlət postlarına özünə yaxın kadrların təyin olunmasına nail olub. Sabiq nazir özünə komandası formalaşdırmaqda ona əngəl ola biləcək hər kəsin sıradan çıxarılması istiqamətində sistemli iş aparıb.

Belə görünür ki, R.Əkbərov da Haçı Allahşükür Paşazadə kimi Eldar Mahmudovun kadr bankında yer almayıblar, odur ki, onları da müdhiş bir nazirliyin şər maşının qurbanına çevrilmək prespektivi gözləyib. Rövşən Əkbərovun Eldar Mahmudvoun yanında olmaması sonuncunun qıcığına səbəb olub. E.Mustafaoğlunun sözlərindən aydın olur ki, Eldar Mahmudov ondan yalan ifadələr almaqla R.Əkbərovu qaralayıb həbsə almaq planı cızıbmış.

R.Əkbərov vaxtilə Qarabağ bölgəsində döyüşlərdə iştirak edib. Amma onun Milli Qəhrəman adı almasının səbəbi tək bununla bağlı deyil.  Surət Hüseynov 1994-cü ilin oktyabrında Gəncədə yenidən qiyam qaldırıb Heydər Əliyevə qarşı çıxmaq istədiyi günlərdə qarşısında Rövşən Əkbərovun rəhbərlik etdiyi 777-ci alayı görmüşdü. Gəncədə yerləşən alay  qiyamın yatırılmasında böyük rol oynamışdı. Heydər Əliyev Rövşən Əkbərovu dərhal, 1994-cü ilin 5 oktyabrında Milli Qəhrəman adına layiq görmüşdü. R.Əkbərov sonradan, 1995-ci il mart hadisələri zamanı təslim olmuş “OMON”-lara qarşı sərt davranışları ilə diqqət çəkmişdi. Hakimiyyətə sadiq olan olan R.Əkbərovun sıradan çıxarılması E.Mahmudovun uzaqgedən planlarına mane ola bilməsi ilə əlaqəli ola bilərdi. Günlərin birində ölkədə qiyam qaldıran Eldar Mahmudova bağlı qruplaşma qarşısında R.Əkbərovun rəhbərlik etdiyi hərbi birləşməni görə bilərdi. Təsadüfi deyil ki, Eldar Mahmudov “vurulandan” az sonra Rövşən Əkbərov Bakı Qarnizonuna rəhbər təyin olundu. 

Bu baxımdan E.Mustafaoğlunun məhkəməsində söylədiyi fikirləri Eldar Mahmudovun hakimiyyətdaxili mübarizənin əsas fiquruna çevrilməsi, onun  geniş planlarına çatmaq üçün rəqiblərinə qarşı hər vasitəyə əl atmasının bariz nümunəsi hesab etmək olar. (musavat.com)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
55

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
210

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
230

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
530

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
397

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
396

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
430

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
408

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
538
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 13:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru