Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2016
15:36
Sosial Müdafiə Fondunun RƏHBƏRİ DƏYİŞDİ

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. O bildirib ki, Z.Babayev 1951-ci ildə anadan olub. O, 1974-cü ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakultəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Həmin ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis,  plan-istehsalat şöbəsinin müdiri, sonralar Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışıb. 1993-cü ilin yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şöbə müdiri əlavə edib ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Dövlət başçısının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamənin 5.2-ci maddəsinə əsasən, Fonda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir. (fins.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46057

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47321

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52858

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46903

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47335
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 13:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru