Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Narazı supermarket sahibləri az qazanacaqları ilə barışmalıdırlar.
Bunu bir müddət əvvəl bəzi supermarket rəhbərlərinin əlavə dəyər vergisinin (ƏDV) azaldılması ilə bağlı müraciətini şərh edərkən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Mən onları başa düşürəm, onlar indi də əvvəllər qazandıqları qədər qazanmaq istəyirlər. Halbuki ölkədə hamının gəlirləri azalıbsa, supermarket sahibləri də az qazanacaqlarını sakitcə və anlaşıqla qəbul etməlidirlər.
Supermarket sahibləri ƏDV-nin aşağı salınmasını istəyirlər. Belə çətin iqtisadi mərhələdə o güzəşti necə etmək olar?
Hərbçilərin, müəllimlərin və həkimlərin maaşından kəsib bu yolla qənaət edilən vəsaiti supermarketlərə verək? Onlar bunu istəyirlər?
Vergilər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bəyan edib, özü də dəfələrlə. Əlbəttə, əgər Milli Məclis müvafiq qərar qəbul edərsə, Vergilər Nazirliyi onu yerinə yetirəcək. Yəni güzəşt bizə aid olan məsələ deyil.
Supermarket sahibləri ilə dialoq? Biz onlarla əlaqə saxlayır, görüşlər keçiririk. Başa salmağa çalışırıq ki, dünyanın heç bir ölkəsində supermarketləri vergidən azad etmirlər.
Hansısa supermarketlər bağlanır, hansılarsa açılır. Mənə elə gəlir ki, onların sayı son vaxtlar hətta artıb. Məsələn, bu yaxınlarda Belarus məhsulları mağazası açılıb. Hər şey normaldır”. (virtulaz.org)

İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi
05
Dekabr- 05-12-2019 16:13 Qaxda bal emalı müəssisəsi açılıb
- 05-12-2019 12:32 Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi işə salınacaq
- 05-12-2019 09:34 Dekabrın 5-də xarici valyutaların manata qarşı məzənnələri
- 04-12-2019 20:41 Quş ətinin 1 kiloqramı üçün 1 dollar gömrük rüsumu tətbiq ediləcək
- 04-12-2019 17:32 Dekabrın 5-nə manatın məzənnəsi
- 04-12-2019 09:33 Xarici valyutaların manata qarşı məzənnələri
- 02-12-2019 10:25 Xarici valyutaların manata qarşı məzənnələri
- 29-11-2019 17:29 Dekabrın 2-nə manatın məzənnəsi
- 29-11-2019 12:15 Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib
- 29-11-2019 10:29 Sabahdan Azərbaycana idxal edilən benzinə 15% gömrük rüsumu tətbiq ediləcək
- 28-11-2019 16:16 İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub
- 28-11-2019 09:30 Noyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
- 27-11-2019 17:36 Noyabrın 28-nə manatın məzənnəsi
- 27-11-2019 12:20 Bu il sığorta şirkətlərindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb
- 27-11-2019 10:23 Qaz İxrac edən Ölkələr Forumunun V Sammitində Azərbaycanı Energetika naziri təmsil edəcək
- 27-11-2019 09:22 AMB-nin valyuta məzənnələri
- 27-11-2019 08:54 Azərbaycan neftinin qiyməti dəyişdi
- 26-11-2019 17:05 Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir
- 26-11-2019 11:56 SOCAR: Yeraltı qaz anbarlarına bu il vurulan qazın həcmi rekord səviyyəyə çatıb
- 26-11-2019 09:41 Azərbaycan nefti ucuzlaşdı, "Brent" isə bahalaşdı
- 26-11-2019 08:36 Azərbaycanda avtomobil istehsalı artıb
- 25-11-2019 17:19 Noyabrın 26-na manatın məzənnəsi
- 25-11-2019 16:44 Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu yaradılıb
- 25-11-2019 16:42 Kreditlərin 97,6 faizi banklar tərəfindən verilib
- 25-11-2019 15:24 Azərbaycan ötən ay 3 milyard dollarlıq ticarət əməliyyatları aparıb