Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2016
12:25
MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı

"The Guardian"nın yazarı Seumas Milnenin araşdırmasına görə, İngiltərə kəşfiyyatı ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Suriyadakı qruplaşmalara necə hərbi və maddi-texniki dəstək verdiyi ortaya çıxıb. Silahları Qəddafinin devrilməsindən sonra Liviyada saxlayan kəşfiyyat təşkilatları gizli bir xətlə materialları təşkilatlara çatdırıb.

Həmin məqaləni FaktXəbər oxucularına təqdim edirik.

Terrorla müharibə adı verilən və bitmək bilməyən kampaniya 14 il əvvəl Corc Buş tərəfindən başlandı, zaman keçdikcə çox qəribə nöqtələrə çatdı. Suriyada terror aktı həyata keçirməkdə ittiham edilən İsveç vətəndaşı Bherlin Gildo Londondakı məhkəmədə dəstək verməkdə günahlandırıldığı təşkilatların İngiltərə xüsusi xidmət orqanları tərəfindən silahlandırıldığını söyləməsindən sonra məhkəmə dayandırıldı.

Prokurorluq da cinayət işini dayandırdı. Görünən odur ki, gizli xidməti ortaya çıxarmaqdan çəkinmişdi. Müdafiənin iddiasına görə, İngiltərə Mİ6 xidmətinin Suriyada olan müxaliflərə geniş miqyasda dəstək verdiyinin ortaya çıxmasından sonra prokurorluğun məhkəmə ilə razılaşması məhkəmə üçün alçaldıcı bir vəziyyətdir.

Hökumətin təmizə çıxarılmasına səbəb olan təkcə ölümcül olmayan dəstəklə (güllə keçirməyən jiletlər və hərbi təchizat daxil) məhdud deyil, təhsil, maddi-texniki dəstək və gizli olan böyük miqdarda ağır silahlar var. İstinad göstərilən hesabatlara görə, Mİ6 gizli şəkildə MKİ ilə əməkdaşlıq edərək göndərdikləri silahları Suriyadakı qruplaşmalara çatdırmamışdan əvvəl Qəddafinin devrilməsindən sonra bir müddət Liviyada anbarlarda saxlayıb.

Bir ölkənin baş nazirinin və təhlükəsizlik rəsmilərinin min qat artığını həyata keçirdikləri əməliyyat durduğu halda, daha azını edən başqasının həbsə göndərilməsi axmaqlıqdır. Bu, çoxsaylı fakt arasında yalnız bir nümunədir. Amma daha az şanslı olanlar da yox deyil. Məsələn, Londonda taksi sürücüsü Anis Sardara iki həftə əvvəl ömürlük həbs cəzası verilib. Səbəb isə 2007-ci ildə İraq işğalı zamanı ABŞ və İngiltərə qüvvələrinə qarşı həyata keçirilən müqavimətin bir parçası olmasıdır. Halbuki Cenevrə müqaviləsinə görə, qanunsuz şəkildə zəbt və işğala qarşı müqavimət göstərmək terror aktı və ya cinayət hesab edilmir.

ORTAYA ÇIXAN GİZLİ HESABAT

Amma terrorizm məsələsi indi müşahidəçidən müşahidəçiyə dəyişən bir məsələ olmaq xüsusiyyəti daşıyır. Və heç bir yer Orta Şərqdə olduğundan artıq baxış bucağına görə dəyişkən deyil. Bu günün terrorçuları sabah bir anda zalımlara qarşı mübarizə aparan döyüşçülər, müttəfiqlər isə düşmən olurlar.

Ötən il ABŞ, İngiltərə və digər Qərb qüvvələri İraqa geri döndülər. Radikal İŞİD terror təşkilatını məhv etmək üçün. Bu hərəkət İŞİD-in İraq və Suriyada böyük miqyasda ərazini nəzarət altına alması və xilafət elanından sonra baş vermişdi.

Bəzi iraqlılar ortada fırlanan oyunda ABŞ-ın əli olduğundan şikayətçidirlər. Amerikalılar isə mülki itkilər verilməsindən çəkindikləri və böyük uğurlar qazandıqlarını iddia edirlər. Xüsusi olaraq, rəsmi şəxslər məhz sünni qalalarını vurur kimi görünmək istəmədiklərini, belə bir vəziyyətin körfəzdəki müttəfiqləri ilə aralarının pozacağını deyirlər.

Bu nöqtəyə necə gəldiyimiz mövzusunu işıqlandıran bir sənəd indilərdə gün işığına çıxıb. 2012-ci ilin avqustunda yazılan və məxfiliyi götürülən ABŞ kəşfiyyat sənədində - anlaşılmaz şəkildə əvvəlcədən proqnozlaşdırılan - "Sələfi krallığına sahib" bir quruluşun Suriya və İraqda təsirli olacağı göstərilir. Kəşfiyyat Agentliyinin sənədində bildirilir ki, Qərb bütövlüyə qarşıdır və İraqda yerləşən əl-Qaidəni (daha sonra İŞİD-ə çevrilən) dəstəkləyir, sələfiləri Suriyada davam etdirilən üsyanın başlıca qüvvəsi kimi görür. Qərb dövlətləri, Körfəz ölkələri və Türkiyənin Suriyanın şərq hissəsini nəzarət altına almaq üçün müxalifləri dəstəklədikləri hesabatda yer alır.

MKİ-nin VƏSAİTİ İLƏ BÖYÜYÜB

Bu hesabatda yazılanlar 2 il sonra tamamilə planlaşdırıldığı kimi baş verdi. Hesabat siyasi bir hesabat deyil. Şübhəyə səbəb olacaq üslubla yazılıb. Amma eyhamlar kifayət qədər açıqdır. Suriya üsyanında bir il ərzində ABŞ və müttəfiqləri müxaliflərə yalnız dəstək və silah yardımı verməklə kifayətlənməyib, ekstremist qrupun idarə edilməsində nəzarət sahibi də olublar. İraqın bütövlüyünə qarşı böyük miqyaslı təhdid olmasına baxmayaraq, İŞİD-in ortaya çıxmasında rol oynayıblar, Suriyanın zəiflədilməsi üçün sünni bufer zonası yaradıblar.

Bu sözlər İŞİD-i yaradanın birbaşa ABŞ olduğu mənasına gəlmir. Hərçənd bəzi Körfəz ölkələri bu məsələdə inkar edilməz rol oynayıblar, ABŞ-ın vitse-prezidenti Co Baydenin ötən il etiraf etdiyi kimi. Lakin ABŞ və İngiltərənin işğalına qədər İraqda bir əl-Qaidə yox idi. Və əlbəttə ki, ABŞ bölgədəki qərblilərə nəzarəti davam etdirmək üçün İŞİD-i digər qüvvələrə qarşı istifadə edib.

Nə vaxt ki, İŞİD qərblilərin da başlarını kəsməyə başladı və bu görüntüləri təbliğat məqsədi ilə internetdə yayımladılar, o zaman vəziyyət dəyişdi. Körfəz ölkələri isə indi də Suriya müharibəsində iştirak edən digər qruplaşmalara dəstək verirlər, əsasən də Nusra Cəbhəsinə. Amma ABŞ-ın və qərblilərin terrorçu qruplaşmalarla oynamaq vərdişləri, nəhayət, qayıdıb özlərini dişləmələri ilə nəticələnir. Ən azından 1980-ci ildə Sovet İttifaqına qarşı Əfqanıstanda aparılan müharibəyə baxsaq, əl-Qaidənin o vaxt MKİ-nin vəsaiti altında qidalanaraq böyüdüyünü görə bilərik.

İraq işğalı əsnasında baş verənlər də eynidir. ABŞ orada general Petraeusun dəstəyi ilə məzhbəçi ölüm dəstələrindən İraqda davam etdirilən müqaviməti qırmaq üçün istifadə etdi. Eyni şey 2011-ci ildə NATO rəhbərliyindəki Liviya müharibəsində təkrar edildi. Ötən həftə isə İŞİD terrorçuları Qəddafinin məmləkəti Sirtenin nəzarətini ələ keçirdi.

Həqiqətdə ABŞ və Qərb siyasəti indi Orta Şərqdə Qərb imperializminin "parçala və idarə et" taktikasını həyata keçirir. Amerika qüvvələri Suriyada bir üsyançı qrupu bombalayarkən başqasını dəstəkləməyə davam edirlər. Eyni bir tərəfdə İran ilə birlikdə İraqda İŞİD-ə qarşı döyüşərkən, digər tərəfdən Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı müharibə aparan Səudiyyə Ərəbistanı və terrorçuların əməliyyatlarına dəstək vermələri kimi. Ancaq parçalanmış və zəif bir İraq ilə Suriya mənzərəsinə çatmağın çox yaxın olduğunu güman etmələri kimi, ABŞ siyasəti tez-tez yanılır da.

Aydın olan budur ki, İraq və Suriyanı İŞİD-ə təqdim edənlər bu təşkilatı sıradan çıxarmağı bacaracaq adamlar deyillər, ya da bu açıq və örtülü müharibəni illərdən bəri təşviq edənlər də bunu edəcək şəxslər deyillər. Qərb ordularının Orta Şərqə sonsuz müdaxilələri yalnız tənəzzül və parçalanma gətirdi. Ancaq bölgənin insanı bu iğtişaşları bitirə bilər, virusu bölgəyə gətirib, plan çəkənlər deyil.

Tərcümə: FaktXeber.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
180

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru